Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan növbədənkənar seçkilərin ilkin nəticələri elan olunduqdan sonra bu dəqiqələrdə seçki qərargahına gəlib.
Nikol Paşinyanı çoxsaylı tərəfdarı qarşılayıb.
Nikol Paşinyan tərəfdarları və media nümayəndələri qarşısında çıxış edib və seçki nəticələrini qeyd etmək üçün Respublika meydanında mərasim keçiriləcəyini açıqlayıb.
O bildirib ki, meydanda məxməri deyil, «polad inqilab» elan olunacaq.

Hazırda 2008 seçki məntəqəsindən 900-ə yaxın seçki məntəqəsinin nəticəsi açıqlanıb.
Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan «Vətəndaş Müqaviləsi» partiyasının qərargahında çıxış edərək, erkən parlament seçkilərinin ilk nəticələrini xalqın qələbəsi adlandırıb.
Bu barədə TASS məlumat yayıb.
Paşinyan, ölkədə 20 iyun tarixində keçirilmiş erkən parlament seçkilərindən sonra onun siyasi qüvvəsinin parlamentdə çoxluq təşkil edəcəyinə inanır.
«»Vətəndaş Müqaviləsi» partiyasının parlamentdə çoxluq qazandığı onsuz da aydındır. Bütün səslər hələ sayılmayıb, amma inandırıcı səs çoxluğumuza sahib olduğumuz məlumdur», — Paşinyan vurğulayıb.
Paşinyan növbəti günlərdə erkən parlament seçkilərinin bəzi iştirakçıları ilə siyasi məsləhətləşmələrə başlamaq niyyətindədir.
O, KTMT və Aİİ çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
İndiki nəticələrə görə, N.Paşinyan 58 faizə yaxın səslə liderdir. Onun ən yaxın rəqibi Robert Köçəryanın «Ermənistan» bloku 19 faizə yaxın səslə ikincidir.
Sabiq prezident Robert Koçaryanın rəhbəri olduğu «Ermənistan» blokunun bəyanatı əslində reallığı görüb cığallıq etməyə başladığını sübut edir: “Bütün problemli məsələlər aydınlaşdırılmayınca və şübhələrə son qoyulmayınca seçkilərin nəticələrini qəbul etməyəcəyik”.
Xatırladaq ki, Ermənistanda 2008 seçki məntəqəsindən 1180-də artıq seçki bülletenləri sayılıb.
