Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsi 44 günlük Vətən müharibəsinin iştirakçıları olmuş qazilərimizi — Mirnurlan Rasim oğlu Mustafayev və Rəsul Natiq Nəbiyevi Fəxri fərmanla təltif edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.
Xatırladaq ki, müharibə başlayan gündən əsgərlərimizlə birgə olan Goranboy rayonundan olan veteranları bu gün də öz dəstəklərini, həm ordumuzdan, həm də geri dönmüş əsgərlərimizdən əsirgəmirlər.

Maraqlı fakt ondan ibarətdir ki, təltif olunan bu döyüşçüləri döyüş gedən ərazilərdən elə goranboylu veteranlar çıxarıblar və bu kadrları da elə AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov çəkib. Qoy bu gün öz «narkoman övladlarının avtomobil qəzasıyla» döyüşdə yaralanmanı eyniləşdirmək istəyən 5-ci kolonun nökərləri bu kadrlara diqqətlə baxsınlar. Onda bizim etirazlarımızı anlayacaqlar.

Dəfələrlə demişik ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri, həm döyüşdə, həm ordumuza dəstəkdə, həm də arxada əsgər və şəhid ailələrinin yanında oldu.
AVMVİB Goranboy rayon şöbəsi və onun sədri Elmar Məmmədovun bu sahədə fəaliyyəti bir örnəkdir.
Allah qazilərimizi qorusun!
Nurlan Məmmədli
