ƏSKİ TÜRKLƏRDƏ İDARƏETMƏ SİSTEMİ

OLCAY CAN KAPLAN

1. Xarizmatik lider / Tək başçı

Ergenekon əfsanəsini eşitməyən yoxdur. Dəmir dağı əridən Türk qövmünün bir qurdun rəhbərliyində tarix səhnəsinə yenidən çıxış hekayəsi …

Lakin həqiqi tarixdə bir mənzərə heç dəyişmir. Türklər ətrafında birləşmək üçün bir lider tapdıqda, tarixin gedişini dəyişdirmək üçün səy göstərirlər. Asiya Hun dövlətinin qurucusu Teoman, bu liderlərin ilk nümunəsidir. Daha sonra, tarix səhifələrində adını yazan Mete Xan, 209-cu ildə səhnəyə çıxacaq və Hun taxtında oturacaqdı. Xalqın dəstəyi ilə tezliklə Çinlə döyüşərək müharibələrdə qalib gələcək və ölkədən xərac alacaqdı. Hərbi sistemi 10-lu sistemə keçirərək bu günədək çatmış bir yenilik imzalayacaqdı.

Türklərdən nə zaman xarizmatik lider ortaya çıxsa, dünyanın tarixinə təsir edəcək bir fiqur ortaya çıxardı. Göytürklər dövründə (552) Bumin Kağanın arxasında tək vücud olan Türklər, qısa müddət içində nəhəng Çin ölkəsini vergiyə bağlayacaq qədər qüvvətləndilər. Türk cəmiyyətinin müvəffəqiyyətə qovuşduğu dövrləri hesaba alsaq, xarizmatik bir lider və ona canıyla qanıyla bağlanan xalq qarşımıza çıxar. Sistemlər və sülalələr digər xalqların tarixində ön plana çıxması fonunda, Türk tarixində isə onlara rəhbərlik edən lider böyük önəm daşıyar. Səlcuqlularda da köklü uğurlar Alparslan, Məlikşah, Kılıçarslan kimi şəxsiyyətlərin adıyla bağlanır. Osmanlıda isə Fatih, Yavuz Səlim, Qanuni və II. Abdülhamid də belə sayılır. Bunun səbəbi zehinlərimizdə oyulmuş olan qüdrətli dövlət başçısı idrakıdır.


140 il əvvəl bizləri konstitusiyalı monarxiyaya keçməyə məcbur edənlər kimlərdir? Bütün bu, Türklərin təkrar bir liderin ətrafında yenidən birləşməsinə maneə törətmək üçün edilmişdimi? 27 may qiyamını edib Baş nazir Adnan Menderesi edam edənlər xalqın bu böyük liderə könül verməsindənmi narahat olmuşdular? Cavablar sualların içindədir.



2. Dövlət və Kut: Bu məqmı Tanrı sənə verdi

Türklər, dövlətə «il» (sözün mənası: barış) deyərdilər. Bir döyüşçü olaraq müəyyən olunan bir cəmiyyətin dövlətə «il» sözü ilə sülh demələrinə baxmayaraq, ədalət üzrə yaşayışı prinsip etdiklərinə görə ziddiyyətli olduğu görünsə də, ictimai barış, dövlətin ayaq üstdə qalması üçün ən mühüm şərt idi. Dövləti ata gözündə görən türklər üçün millət öz atasına sədaqətli bir övlad sevgisiylə qulluq etməsinə bənzəyir. Buna görə dövlətə qarşı üsyan edənlərə ən ağır cəzalar tətbiq olunurdu.

Müstəqilliyə olan sevgilərni tarixin bir çox dövrlərində baş verən hadisələrin nümunələri ilə təsvir edə bilərik. Çin zülmü kimi ən çətin zamanlarda, Gürşad ortaya çıxdı, Çini qəlbindən vuraraq öz müstəqilliyini qazanmışdı.

Beynəlxalq lüğətdə dövlətlərin hakimiyyət tipləri üç növdə dəyərləndirilir: ənənəvi, xarizmatik, hüquqi hakimiyyət. Türk dövləti ənənəyə əsaslanan qut anlayışı, xarizmatik legitimlik nəzəriyyəsinin mərkəzində yer alır. «Kut», Tanrının hökmdara bağışladığı qüdrəti ifadə edər. Bu qüdrətin eyni ailənin üzvləri arasında davam etdiyinə inanılardı. İdarəetmədə müvəffəqiyyət davam edərkən, Xaqan tac- taxtda oturur, ancaq siyasi və iqtisadi çətinliyə məruz qalan zaman Tanrının verdiyi «qutu» geri aldığına inanılardı, ənənəyə görə Xaqanı taxtdan endirilərdi.

Kut inancı əski Türklərdən Osmanlılara qədər davam etmişdi. Məsələn, Asiya Hun İmperatorlarının ünvanı «Gök Tanrının taxta çıxardığı kut sahibi Tanuhudur». Şərqdəki Türk dövlətlərində deyil, Atilla rəhbərliyi altında Avropalı Hunlarda dövlət başçıları «Tanrının qılıncı» adını daşıyırdılar. Osmanlı sultanları, yer üzündə Allahın kölgəsi sayılan «zillullah-i gesi fil arz» ünvandan istifadə edərdilər.

Avropada tez-tez gördüyümüz xanədan dəyişikliyi bu coğrafiyada görülməməsi hikməti qut anlayışında axtarılmalıdır.

Yusuf Has Hacib Türklərin «Kutadgu Bilig»də əsrlər boyu dövlətsiz yaşaya bilmədiklərini izahəna diqqət yetirək:

«Kutun təbiəti xidmət, üstün ədalətdir. Fazilət və qismət kutdan doğar… Bəyliyə (Səltənətə) yol ondan keçər. Hər şey qutun əli altındadır, bütün arzular onun vasitəsiylə gerçəkləşir… İlahidir. Dünyada tam bir iqtidar qurşağı bağladı, qurd və quzu bir yerdə yaşadı. Bəy, bu məqama öz gücün və istəyinlə gəlmədin, bunu sizə Tanrı verdi. Hökmdarlar iqtidarı Tanrıdan alırlar»…

3. Cahan hakimiyyəti məfkurəsi

Bir xarizmatik lideri ətrafında birləşən Türklər, göydən aldıqları ənginlik təxəyyülü ilə dünyadakı dominantlığı yaratmaq üçün addımlar atardılar. Bu sistemdə də göyün təkliyinə uyğun olaraq yer üzündə də tək hökmdarı olmasına inanırdılar.


Zaman — zaman, bu anlayışa uyğun olaraq Türk dövlətləri cəng meydanında qarşı-qarşıya gəlmişlər. Sədi Şirazinin məşhur beytində, «Qırx dervişlər bir posta sığar, amma iki hökmdara bir dünya dar gələr»-deyər. Teymur və Yıldırım Bayezid arasındakı müharibə eyni düşüncənin təcəssümüdür.

Bu təsəvvür futuristik hərəkatın əsasını təşkil edən nöqtədir. Atilla da Macarıstan yaylalarında, Qanuni yaşlı halında Zigetvarda olmasının səbəbi də bu anlayışdır. Bizans tarixçisi Priskos (5-ci əsr) və Qot tarixçisi Jordanesə (6-cı əsr) görə Tanrı Aresin (Ərəs) qılıncına sahib olan atilla dünyanı öz idarəsinə almaq arzusundaydı. Fatih Sultan Mehmedin Otranto fəthi və Romanı hədəf kimi seçməsi bir təsadüf deyildi. İslamın qəbulundan sonra, qəza və fəth anlayışıyla nizamlanan dünyadakı cahan hakimiyyəti məfkurəsini Türklərin «Qızıl alma»sı əvəzlədi.

4. Dövlət Məclisi: Toy

Qədim Türk dövlətlərində Mete Xanın dövründən (milad 209-174) etibarən dövlətin üç müxtəlif görüşü müzakirə edilmişdir. Birincisi dini inancla bağlı olub sarayda edilirdi. Qaraqumda baş tutan ikinci görüş baharın gəlməsi ilə keçirilirdi və iqtisadi məsələlər yola qoyulmağa çalışılırdı. Üçüncü və son görüş, atların güc yığdıqları payız mövsümü ilə üst-üstə düşərdü.

Türk dövlətlərinin qədim xüsusiyyətlərindən olan hərbi qüvvələrin ümumi quruluşu nəzərdən keçirilir, giriləcək döyüşlərlə əlaqədar məlumatlar dövlət rəyasətinə bildirilirdi. Bu məclislərə «Toy» deyilirdi. Toylarda müzakirə olunan məsələləri — müasir şərtlərlə müqayisə etsək, həm icra və həm də qanunvericiliyə uyğun hesab edilə bilər. Qurultay olaraq da bilinən bu görüşlərdə, törəyə bağlılıq çox vacibdir. Köhnə Türk dövlətlərindəki qanunvericilik və icra funksiyaları bütün ölkəyə aid olsa da, məsuliyyətin gerçək icraçısı Kağandır. Hüquqi məsələlər üzrə məsləhətləşmələr nəticəsində son söz də ona aiddir.

Görüşlərin ən vacibi ilk baharda keçirilən ikinci toplantıdır. Bu görüşün sonunda Tanhuda, dövlətə yeni başçı seçilərdi. Tanuhunun rəyasətində başlayan yığıncaqlara liderin xanımı Xatunun qatılması bir ənənədir. Görüşlərdə hərbi və mülki bürokratiyanın başbuğları iştirak edərdilər.

Bu gün prezidentin rəyasətində bakanlqar kurulunu araşdıranlar Türk tarixini oxumalarını tövsiyə edirik.

5. Hökmdarın əlamətləri

Türk dövlətlərində hökmdarlar üçün V əsrin ortalarına qədər Tanhu, kağan, kan-han, yabgu, il-təbər, idi-kut təbirləri istifadə edilməklə birlikdə ən məşhuru Kağan titulu idi. Türk mədəniyyətində hakimiyyəti təmsil edən əlamətlərə əhəmiyyət verilmişdir. Xüsusilə də, davul və sorguç Orta Asiyada qurulan dövlətlərin müstəqilliyinin əlaməti sayılırdı. Orta Asiyada dövrün ən qiymətli naxışlarından biri at quyruğundan sorguçlarda bəzək kimi istifadə edilməsidir. İslamdan sonra, xütbələr oxunması və pulun buraxılması hökmdarlıq əlamətləri sayılardı.

6. İkili Təşkilat, tək hakimiyyət

Köhnə Türk dövlətləri, ümumiyyətlə, ölkəni iki bölüm halında idarə edirdi. Məsələn, bulqarlar və macarlarda böyük-kiçik, Oğuzlar və Qarluqlarda daxili-xarici, Asiya Hunları və Göytürklərin şimal-cənub, Tabgaçlarda şərq-qərb şəklində bir inzibati təşkilatlanma vardı. Bu bölmədə bir tərəf digərinin üstünlüyünü tanıyırdı. Bu inzibati quruluşdan sonra sülalənin üzvləri də hər iki tərəfin rəhbərliyində iştirak edirdilər.

Qədim türk dövlətlərinin qurulduğu çölün coğrafiyasını nəzərə alaraq, onların müdrikliyi başa düşülə bilər. Geniş bozkırları tək əldən idarə etmənin çətinliyi və Türk dövlətlərinin iqtisadi quruluşunun ticarətlə birlikdə, qonşu ölkələrin ərazilərində edilən yağmalardan qüvvət alması idarəçiləri belə bir üsuldan istifadə etməyə sövq etmişdir. Türklər Anadoluda gəldikdə, bu təcrübənin tərk olunduğunu görürük. Nəticədə, Türk dövlətlərinin statik bir quruluşu yoxdur və təşkilat strukturunda təcrübə vasitəsi ilə vaxtında dəyişdirilə bilər.

İkili təşkilatdan başlayaraq, bəzi tədqiqatçılar allık «ikili krallıq» nəzəriyyəsini ortaya atmışdılar. Ancaq Çin mənbələrindən aldığımız məlumatlara görə, Türk dövlət quruluşu həyatını mərkəzləşdirilmiş bir forma ilə davam etdirirdi. Rəhbərlik etməni asanlaşdırmaq üçün alınan ikili təşkilat quruluşu bu gün Avropa Birliyinin də müdafiə etdiyi yerli idarəetmə sisteminin ilkin bir modelidir deyə bilərik.

7. Türk hüququ: Törə

Türklərin ictimai həyatında ən mühüm amil törədir. Xalqın, başda rəhbərliyin itaət etməsi lazım olan bütün qaydalara Törə deyilirdi. Hüquqi bağlılıq baxımından olduqca sərt qaydalar vardı, təəssüf ki, o dövrdə verilmiş cərimələrin xarakteri ilə bağlı məlumatlarımız məhduddur. Əlbəttə ki, dövlətə qarşı cinayətlər heç vaxt təqdir olunmayıb.

Adam öldürənlər və zina edənlər edam edilirdilər. Oğrular ölümlə cəzalandırılırdı və mallarına əl qoyulurdu. Kiminsə haqqına girmək ən böyük cinayət sayılardı. Vətənə xəyanət edənlər və əsgərlərdən müharibə əsnasında qaçanlar qətiyyən bağışlanmaz,, öldürülərdilər. Dövlətin cinayətkarlara belə qəti hökmlər verən və dövlətin ağır cəzaları qan davasının qarşısını almışdı. Qədim türklərdəki ədliyyələrə hökmdarlar başçılıq edərdilər. Hökmdarın adından verilən Törə hökmlərini yerinə yetirmək üçün məsul olan orqanlar yargan və əyanlarına tapşırılardı. Atillanı, özünə sui-qəsd hazırlığında olan şübhəliləri özü sorğuladığı barədə qeydlər var.

8. Vəliəhd: Əsil olan ləyaqət

Dövlət mexanizmində də, sufilikdə olduğu kimi bir vəzifəyə layiq olanın və əhli olanındır. Əsil olan ləyaqətdir. Kağanın qatılmadığı savaşlarda vəliəhdlər orduya başçılıq edərdilər. Ölən hökmdardan sonra taxta kimin çıxacağı bilinmədiyinə görə taxt uğrunda mücadilə başlayar, dövləti gücdən salaraq daxili savaşa səbəb olardılar. Əksinə isə idarə etmək qabiliyyətinə malik olan namizədin müharibələrin sonunda taxta çıxması və dövlətin nüfuzunu artırdığı görməkdəyik.

9. Diplomatiya: Bozkırda siyasət

Orta Asiya kimi ticarət yollarının kəsişməsində olan bir bölgədə öz suverenliyini qorumaq üçün diplomatik imkanlarınız hərbi gücünüz qədər yüksək olmalıdır. Bu şüurla xarici dillərə üstünlük verən çoxsaylı diplomatiya heyəti Asiya Hunlarından bu yana qurulan Türk dövlətlərində işləyirdi. Elçilik heyətləri yeni xan taxta çıxdığı zaman dostluq və müttəfiq dövlətləri məlumatlandırmaq üçün ziyarətlərə gedərdilər. 1283-cü ildə Qızıl Orda Xanı Tuda Mengünün səfirlik heyəti Misirdə xanların İslamı qəbul etdiklərini və Kalavunun Mamluk taxtına çıxışını təbrik etmək üçün gəlmişdilər. Çin sarayına gedən türk səfirlər, haqqında Çinin illik fəaliyyətlərinə aid mənbələrdə qalmaqdadır. Dövlət güclü olduqda, Kağan Çindən alınacaq ipək vergisinin miqdarını təyin edər və səfirlər bu xəbərləri Çin sarayına aparardılar. Rəsmi yazışmalar aparan bu heyətlər, xarici dövlətlərlə əldə edilmiş razılaşmaları təsdiqləməliydilər.

Rabitə obyektlərinin zəif olduğu dövrlərdə casusluq fəaliyyəti dövlətlərin taleyində çox vacib yer tuturdu. Hun hökmdarı Rua dilənçi, tacir adıyla gəlib cəsusluq etdiklərinə görə Bizanslıların girişini qadağan etmişdi. Əslində, Birinci Göktürk dövlətinin düşməsini bir sıra Çin casusluq fəaliyyətləri sürətləndirmişdi.

10. Ordu: Mükəlləfiyyətli deyil, könüllü əsgər

Türk Törəsinin şüar edilən bir tezisi «ordu millət» anlayışıdır. Onlar muzdlu əsgərlik deyilən bir şey bilməzdilər. Müharibə dövründə hər kəs hazır bir əsgərdi (Bizansın Türklərin hərbi gücündən istifadə etmək üçün onları muzdlu əsgər kimi istifadə etdiyi tarixi bir həqiqətdi). Mete Xanın orduda 10- luq sistemi ixtirası iki əhəmiyyətli xüsusiyyətə malikdi. Birincisi, sosial təbəqəni eyni tutub varlı kasıb ayrımçılığına son qoyurdu. Hansı ictimai sinifdən olması, onlardan asılı olmayaraq 10-luq sistemdə heç bir önəm kəsb eləmirdi. Ən zənginlərin və yoxsulların eyni sistemdə birlikdə hərəkət etmələri tələb olunurdu. İkincisi, hər kəs bir əsgər kimi verilən əmrə sadiq idi, beləliklə, bu da mülki və inzibati vahidlərin hərbi intizamda işləməsini təmin edirdi. Bundan başqa, məskunlaşma çöl həyatı üçün maneə olduğundan, Qonar-Göçər olan türklər döyüşə hazırlanmaq üçün əyləncədən idmana qədər müxtəlif tədbirlər keçirərdilər. Cirit və güləş kimi idmanlar əslində döyüş öncəsi oyunlar sayılırdı.

Bu işdə ən əhəmiyyətli nöqtə Türk əsgərlərinin əksəriyyətinin atlı olması idi. Çinlilər Türklərin istedadlarını atlara söyləyə bilməzlər. Çinlilər türk əsgərlərinin at üstündə göstərdikləri şücaətləri heyrətlə anladarlar.

Nəticə olaraq, biz xarizmatik lider ətrafında birləşərək ordu-millət halında qurulan türk dövlətlərinin dövrün ən güclü hərbi qüvvələrindən biri olaraq ortaya çıxmasını görürük. Türk tarixinin hər bir səhifəsi ordu-millət-xaqan rəvayətləri ilə doludur.

Bu xəbəri paylaşın: