AVMVİB Goranboy rayon şöbəsi tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin üzvləri şəhidlərin məzarlarını ziyarət ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.


Rayonun müharibə veteranlarının şəhid məzarlarını ziyarət etmələri artıq ənənə halını alıb.

Rayon şöbəsinin üzvü olan müharibə veteranları Vətən uğrunda qəhrəmancasına həlak olmuş, şəhid Hakim Əhməd oğlu Cəfərovun 60 illik yubileyini onun məzarı üstündə və abidəsi önündə qeyd ediblər. Mərasimdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, şəhidin yaxınları da iştirak ediblər.


Mərasim iştirakçıları şəhid məzarları üzərinə gül qoymuş və ruhlarına dua oxumuşlar.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: