Səməd Vəkilovdan ürək parcalayan yazı…
Bir dəfə 28 may metrosunun yanından üzüyuxarı pilləkənlərlə qalxırdım, rəhmətlik şair Bəşir Kəsirli də pilləkənlərlə bu fotoda gördüyünüz formada aşağı düşürdü.
Bir gənc oğlan şairin dalınca baxıb gülürdü. Gənc oğlanın qolundan yapışıb saxladım. Dedim ki, bu kişini tanıyırsan?
Dedi, yox.
Dedim: O şair Bəşir Kəsirlidir. O şairdi, dəli deyil. O, bu istidə başına niyə yaylıq bağlayıb bilirsən?
Dedi: Yox.
«Bu kişi Qarabağ azad olmayınca bizim başımızda papaq gəzdirməyə haqqımız yoxdur»- deyə bu yaylığı başına bağlayıb. Bir sözlə bu kişi bu yaylığı təkcə öz başına yox, bütün kişilərimizin başına bağlayıb, o cümlədən də sənin və mənim. Ona görə də sənin ona gülməyə haqqın yoxdur…
Gənc oğlan çox pərt oldu və səhvini başa düşdü.
Allah ruhunu şad etsin, Şairin!
Təəssüf bu günləri görmədi.
Allah bizi bu utancdan qurtaran şəhidlərimizə rəhmət eləsin! Azərbaycan ordusunu var eləsin!
Mənbə: Xudafərin.eu
