İctimai jurnalistika məhkəmə rolunda çıxış edə bilməz!

Çirkin oyunları və intriqabazlığı ilə cəmiyyətdə tanınan, özünü vəkil kimi ictimaiyyətə sırımaq istəyən Qurban Məmmədov “Azəri fredoom”da göstərdiyi antimilli fəaliyyəti ilə əslində özünün kimliyini mənəvi-psixoloji portretini günbəgün tam çıqlpaqlığı ilə ortaya qoymaqdadır.


Bu adam özünü hüquqşünas elan etsə də, hələ də elementar adi hüquq qaydalarının başında gələn təqsirsizlik prezumpsiyasının nə olduğunu bilmədiyi ortadadır. Təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir. Təqsirsizlik prezumpsiyası böyük hüquqi təcrübə ilə dəstəklənir və bir sıra konvensiyalar vasitəsilə müasir beynəlxalq hüquq bu prinsipə riayət olunmasını təmin edir. Bu prinsipə görə, «Təqsirin sübutu təqsirli bilinən şəxsin borcu deyil, onu təqsirli elan edən tərəfin borcudur.»


Bu həşəmətli “vəkil”in hüquqi fəaliyyətindəki əyintilər bir yana dursun, jurnalistika fəaliyyəti də elə jurnalistikanın qızıl qaydalarını çeynəməkdən ibarətdir. Onun məşğul olduğu üslub jurnalistikada səthi və populist jurnalistika hesab olunur və buna qarşı etiraz reportyorlar arasında artmaqdadır. ABŞ-da bu etiraz, «public journalism», yəni «ictimai jurnalistika» adını daşıyan bu cərəyanın yaranmasına səbəb olmuşdur. Bu cərəyana qoşulan jurnalistlər qarşılarına belə bir vəzifə qoymuşlar: ölkənin vətəndaşları ilə birlikdə cəmiyyət üçün ən mühüm və vacib olan məslələri müəyyən etmək, birlikdə aşkara çıxarılarn problemli vəziyyətdən çıxış yollarını tapmaq və təkliflər etmək.


Məsələn, bəzi məsələlərin müzakirəsi, ictimaiyyət və ya ayrı-ayrı rayonların əhalisi ilə jurnalistlərin təşkil etdikləri görüşlərdə keçirilir. Qəzet, radiostansiya və ya televiziya kanalı müzakirə və təkliflər üçün sadəcə meydan yaradır. Son illər Amerika Birləşmiş Ştatlarının yüzlərlə redaksiyası ictimai jurnalistika çərçivəsində çoxsaylı layihələr irəli sürmüşlər. Azərbaycanda isə bu üslubu bəzi özünü müxalif fikirli elan edən binəsiblərin əliylə informasiya savaşı texniklərinin əxlaqsızcasına idarə etdikləri prosesin bir parçasına, sosial şəbəkə manupulyasiyasına çeviriblər. Q. Məmmədov ictimai jurnalistikayla məşğul olduğunu unudub olayı şərh etmək əvəzinə, hakim kimi hər kəsi, hətta şəhidin belə şəhidliyini ittiham edir. Cümlələrinin başıyla sonluğu təzad yaradan bu adam, insanların duyğularını manipulyasiya edir.


Xüsusən də son «Tərtər işi» ilə bağlı apardığı, talk-şouya çevirdiyi müzakirələrdə sözdən başqa bir dənə də olsun faktın ortaya qoyulmamasına qarşılıq, əks tərəf bəhs edilən şəxslər barədə çəkilişlər, şahid ifadələri, məhkəmə qərarları, bu şəxslərə qanunsuz olaraq fiziki zor tətbiq etmiş şəxslərə qarşı qaldırılmış cinayət işləri və s. ortaya qoyur. Amma «hakim-vəkil-jurnalist» Qurban Məmmədov və onun komandası bu faktları tanımır. Bunun adını artıq nə istəsəniz qoymaq olar. Xüsusən də bu işlərin açılmasında və hər bir günahkarın aşkar edilməsində, günahsızların azad edilməsində xüsusi rolu və əməyi olan Respublika Hərbi Prokurorluğunun hədəfə alınması onun məkrli bir oyun oynamasının, sifarişlə hərəkət etməsinin göstəricisidir. Rəsmi olaraq təqsirləndirilən şəxslərlə bağlı ayrı-ayrılıqda bir neçə məhkəmə işi artıq başa çatıb. Tərtər Hərbi məhkəməsinin müvafiq hökmləri ilə 20 nəfərə yaxın şəxsə 5 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə qərarı çıxarılıb. Həmin hökmlər Gəncə Apellyasiya Məhkəməsində və azərbaycan Respublikasının Ali Məhkəməsində qüvvədə saxlanılıb.


Amma bu özündən müştəbeh Qurban bəy, Azərbaycan Respublikası adından verilmiş qərarları, öz aləmində tanımır. Bu adam Dövlətlə Nemət Pənahlını dəyişik salacaq qədər qərəzlidir. Uydurduğu 1767 rəqəminin arxasındakı şəxslər, bu gün kimin sayəsində azadlığa çıxdıqlarını görmədən, Hərbi Prokurorluğu və onun əməkdaşlarını durmadan ittiham edir. Əgər ortada qərəz olsaydı, işğəncələr sonrakı prosesədək, nəticə alınmaq üçün davam etdirilsəydi, onda 23 nəfər deyil, azı yüzlərlə insan həbsdə olmalıydı. Buradan bir jurnalist araşdırma qrupu kimi bildiririk ki, Qurban Məmmədovun apardığı qərəzli və yönəldici manevrlərlə diqqəti prokurorluq əməkdaşlarına yönləndirməsindən, sübut olmadan bircə sözlə hər kəsi ittiham etməsindən aydın olur ki, bu işi ona həvalə etsəydilər, 1767 nəfəri öldürüb sonra ittihamnamə hazırlayardı. Jurnalist kimi hər kəsə ittihamnamə elan edən şəxs, prokuror, yaxud hakim olsaydı mütləq belə edərdi. Gec və ya tez bu işdə zərər çəkmişlər öz haqlarını alacaqlar. Buna inamımız tamdır. Amma bunları görməyən zorən «araşdırmaçı — jurnalist» Qurban bəy, güya öz araşdırma əhatəsini genişləndirərək, yeni-yeni faktlar əldə «etməyə çalışır» və bu faktları da «Tərtər işinə» calaq edir.

Məsələn, Məshəti Hüseynovanın oğlu İsmayıl Hüseynov Şəmkir korpusunda xidmət edib, vətən xaini kimi Gədəbəydə həbs olunub. Bu tam özgə bir epizoddur. Zaman və məkan etibarıyla müxtəlif yerlərdə baş verib. Əliyev Nasirin oğlu isə Tovuzda həbs olunub və «Tərtər işinə» heç bir aidiyyəti yoxdur və s.


Zaman-zaman əks tərəfə keçməyin mümkünsüzlüyünə dair Fedai.az Araşdırma Qrupu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elman oğlunun 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçməsi barədə faktı ortaya qoydu. Həmin şəxs Azərbaycana qayıtmaqdan imtina edib və xaricdə yaşadığını yazmışdı. Güya araşdırmalar aparan «Azəri Fredoom» dəfələrlə xəyanət faktının olmadığını pafosla elan etmişdi, lakin artıq son günlər Seysulanda baş vermiş xəyanətdən danışır.


Respublika Hərbi Prokurorluğunun apardığı işlərin necə mükəmməl olması bu gün öz bəhrəsini verməkdədir. Torpaqlarımıza və xalqımıza qarşı həyata keçirilən qəsdlərdə əli olan terrorçu ermənilərin bu gün məhkəmə qarşısına çıxarılmasında Respublika Hərbi Prokurorluğu əməkdaşlarının və şəxsən Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin danılmaz xidmətləri var.


Xainlərə vəkilliyə başlamışkən, bəlkə bu ermənilərin də müdafiəsinə başlayasınız, Qurban Məmmədov?

Çünki bir vaxtlar da Azərbaycan əleyhinə qılmadığı qələt qalmayan, ermənidən çox ermənilik edən, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqçu Aleksandr Lapşin adlı bir erməni köpəyini efirə çıxarıb ölkəmizin müzəffər rəhbərinin əleyhinə hədyanlar söyləyirdin. Az sonra isə səhv etdiyini anlaya bildin. Bizdən sizə bir tövsiyyə: «Jurnalistikada söz faktın təsvir edilməsi üçün işlədilir, hüquqda isə söz hələ fakt sayılmadığını bilirik!»

Biz də eyni üslubda ölkədə danışılan bir fikri deyirik: «Qurban Məmmədov ermənilərə işləyir», amma bunun dezinformasiya ola biləcəyini də qeyd edirik…


Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: