Bu gün Azərbaycanda sağalanların sayı, virusa yoluxanların sayından artıq olub.
Ölkə ərazisində indiyə qədər 66 667 test aparılıb.
Hazırda 837 aktiv yoluxmuş xəstə var ki, onlardan 13 nəfəri reanimasiyadadır və iki nəfəri isə süni nəfəs aparatına qoşulub.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 40 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 098 yoluxma aşkarlanıb. Xəstəliyə yoluxanlardan 250-i sağalıb, 11-i ölüb. Hazırda aktiv xəstə sayı 837-dir.
Qafqazda koronavirusun statistikası belədir: Azərbaycanda ümumilikdə 1,098 xəstə, Ermənistanda — 1,013, Gürcüstanda — 252 xəstə qeydə alınıb.
Ümumiyyətlə, dünyada koronavirusa yoluxanların sayı 1 696 588 nəfər təşkil edir.
Fedai.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilat bildirib ki, bu günə kimi 105 952 insan pandemiyanın qurbanı olub.

Nizami Həyatov
