REDAKSİYADAN: Bu yazı 25 noyabr 2017-ci ildə yayınlanmışdı. O vaxtlar Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin «anasını» indi həbsdə olan (Allah qapısını açsın) Səlim Müslümov «ağladırdı». Bu gün onun bütün ölənlərinə rəhmət oxutduran Sahil Babayevin əməllərinə və səriştəsizliyinə görə dəfələrlə ölkə rəhbərinə müraciətlər etmişik və bir də edirik: Cənab Prezident! Vaxt gec olmadan bu sosial eksperment avantürasını durdurun. Sosial Dövlətin aidiyyatlı qurumunda çalışanlar, bu sahəni bilmir və bir başa sosial narazılıq üçün eloktrat hazırlayır. Ciddi bir araşdırmaya ehtiyac var…
XAQANİ ƏDƏBOĞLU
AZƏRBAYCANIN İLK DÖYÜŞÇÜ JURNALİSTİ
Uşaq vaxtı «yetənə yetib, yetməyənə daş atan» bir cüvəllağı tay-tuşumuz vardı. Bir gün onu oynamağa çağıranda, gülməkdən qəşş edə-edə evdən çıxdı. Gələndə ondan nəyə güldüyünü soruşduq. O, dedi ki, kənddə hamınızın anası sizə, mən bəd əməlli olduğuma görə, mənimlə oynamamağı tapşırır. Bilirəm. Mənim də anam mənə öyüd verib deyir ki, gədə, gedib pis uşaqlara qoşulma…
Məmurlar qorxmasınlar, biz gedib onlarla heç zaman yoldaşlıq etmərik…
YƏNİ BİZDƏN SƏLİM MÜƏLLİMƏ MÜAVİN, ZAHİD MÜƏLLİMƏ YOLDAŞ OLMAZ. Ona görə də narahat olmayın…

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin qərargahı 
Separatçıların Veteranlar birliyinin qərargahı
Son günlər millət vəkilləri, nazirlər və başqa məmurlar əlil və veteranları yaman əzizləyiblər. Millət vəkili Zahid Orucun səsləndirdiyi təklifə ilk cavab gecikmədi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov müavinlərindən birinin əlil olması barədə deputatların təklifinə münasibət bildirirək deyib ki, əlilli olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yalnış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə bu məsələlərə qarışmaq doğru deyil. Yaxşı, mən də sual ünvanlayıram: niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?! Əlilliyi olan şəxslərə ayrıca kateqoriyadan olan insanlar kimi baxmaq doğru deyil. O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq. Bir dönəm bir ifadə dəbə düşmüşdü, hamı deyirdi ki, hər bir qurumda bir qadına vəzifə verilməlidir. Bu, yanlış yanaşmadır. Hər kəs öz bacarığına uyğun vəzifə tutmalıdır. Əlillər bizlərdən biridir. Onlara fərq qoyulmamalıdır”.
Nazir narahat olmasın ki, bu cür fəaliyyəti olan nazirlikdə 40 əlil də müavin qoyulsa «dəyirman öz işini görəcək». Problemin həlli mövcud qanunların həyata keçirilməsinə ciddi nəzarət edən bir mexanizmin yaradılmasıdır. Bu qurum isə bir başa şəxsən Prezidentə tabe olmalıdır. Üzvlər mövcud çox üzvlü ictimai birliklər tərəfindən, əlillər, şəhid ailələri və veteranlar arasından seçilməlidir. Çünki bizim adımızdan bu işlər üçün müharibəyə dəxli olmayan adamları qabağa çəkənləri və onlarla öz «kirli sövdələşmələrini» həyata keçirənləri çox yaxşı tanıyırıq.
Hazırda müharibə iştirakçıları ən narazı sosial təbəqəyə çevrilməkdədirlər. Aidiyyatlı orqanların yarıtmaz fəaliyyəti, erməni əsilli məmurların yürütdüyü siyasət və düşmən diqtəsiylə idarə olunan informasiya məkanın bəli kəsimi keçmiş döyüşçülərə qarşı antipatiya yarada bilib. Erməni anneksiya planı Qarabağın de yure özününküləşdirməyi, son Qarabağ veteranın öldüyü günədək gözləməyi bildirməsinə qarşılıq bizimkilər əlbirliyi ilə bu «ÖLÜMÜ» tezləşdirməyə çalışırlar. Bu gün əminliklə deyə bilərəm ki, 50 manat veteran pulundan başqa gəliri olmayan minlərlə veteranımız çörək ala bilmirlər. Bu artıq fəlakətdir. Savaşçını çörəklə imtahana çəkilməsinə qol qoyanlar ermənidən də zalim və xaindirlər. Xatırladım ki, o veteran pularının verilməsi Birinci Vitse Ptrezident xanım M. Əliyevanın adıyla bağlıdır. Aylarca etdiyimiz müraciətə ilk reaksiyanı, məhz o zaman xanım M. Əliyeva verdi.
Faktiki oaraq bu gün öllkədə bu sosial təbəqənin problemləri sürətlə böyüməkdədir. Bu faktla bağlı müraciət etdiyin istənilən hökumət nümayəndəsi əlillərə verilən avtomobillərdən və mənzillərdən söz açır. Şəxsən bir əlil kimi müharibə əlillərinə verilən avtomobilləri «əlillərə məmur münasibəti» kimi qəbul edirəm. Əl və ayağı olmayan əlilə komfortsuz, kondisionersiz və mexaniki ötrücülü avtomobili verənin əlil sevgisinə necə qiymət verərdiniz? Sonuncu NAZ-Lifan avtomobili adi təkər partlamasıyla potensial qəza törədən bir avtomobildir. İstəyən məmur yoxlaya bilər. Sağ çıxsa ona yeni bir avtomobili Çin hədiyyə edər. Ona çəkilən xərc əlilin özünə verilsə, heç zaman nə OKA, nə də NAZ-Lifan avtomobili almayacağını da hər kəs bilir. Əlil, ən azı işlənmiş köhnə Mersedes avtomobili almağı arzuladığını bizlər yaxşı bilirik. Əlillərin mənzillə təminatına da ayrılan xərclər yetərincədir. Bircə faktı nəzərinizə çatdırım. Məsələn, Gədəbəy rayonunda ikiotaqlı əlil mənzilinə dövlət, 64-76 min manat xərcləyir. Bölgədə o tipli mənzili ən baha 25-28 min manata almaq olar. Sadəcə bu cür yarıtmaz konsepsiyalarla əlil problemini deyil, bəzi «məmurların» problemlərini həll etmişik.

Bizdə Oka veriləndə… 
…onlar Lada verirdilər…
Ürək ağrıdıcı olsa da, aylarca paylaşmadan saxladığım bəzi foto-bilgiləri sizlərin diqqətinə çatdıracağam. Düşmən Ermənistan heç bir təbii sərvəti omadan gördüyü eyni işləri və bizim işlərimizi özünüz tutuşdurun. Düşündürücü məqamlar çoxdur. Biz məğlub deyil, bu ölkəni Rusiya kimi bir şovinist imperiyanın caynaqlarından canımızla, qanımızla xilas edə bilmiş bir ordunun əsgərləriyik. Bunu o yox beyninizə soxun ki, daxildə erməni əlatıları və rus agenturası, qarşıda leşə yatmış quzğun kmi erməni köpəkləri, arxalarında Velikorus imperiyası bütün resurslarıyla dayanmışdı. Bu gün üstündə yerinən hər qarış torpaqda o şəhidlərimizin haqqı var. Düşmənin planı Kürü sərhəd çayı etmək idi. Heç olmasa bu yaxın tariximizi oxuyun.
Atəşkəsdən sonra bu problem bütün ölkələrdə olduğu kimi bizdə də özünü göstərdi. Könüllü döyüşçülər ictimai təşkilatlar yaradaraq keçmiş döyüşçüləri qismən də olsa bir araya gətirə bildilər. Bu gün ölkədə rəsmi olaraq 50978 nəfər Qarabağ müharibəsi veteranı, 11821 nəfər müharibə əlili və 13560 nəfər isə şəhid ailəsi var. Əslində bu rəqəmlər reallığı əks etdirmir. Bu gün çoxlarının dediyinin əksinə olaraq bildirim ki, onlarla keçmiş döyüşçü indiyədək öz döyüşçü hüququnu yaradılmış bürokratik əngəllərə görə əldə edə bilməyib. Bircə səbəbləri var: ARXİVDƏ SƏNƏD YOXDUR. Buna döyüşçümü günahkardır? Cəbhədə olan, xüsusiylə Yuxarı Qarabağda mülki əhalinin 70-75 yaşlı əhalisi də müharibəyə cəlb edilmişdilər. Postları tərtib edən birisi kimi bu yaşlı adamları arxaya yazdığım üçün onların narazılığı ilə üzləşmişəm. Onlar hər posta bir yaşlı adam yazdırmağa nail oldular. Yəni yerli kişi əhalisi müharibədə iştirak etmişdilər və bu gün çoxları dünyasını dəyişmiş, bəziləri isə bu günədək müvafiq sənədləri əldə edə bilməməkdən yorulub veteranlıqdan imtina etmişlər.

Bizdə Oda veriləndə… 
onlar…
Amma bu gün bütün döyüşçülərin yaxşı tanıdığı adamlar peyda oublar ki, bu saxta veteranları, məhz «Veteran düzəltmə kombinatında» düzəldiblər. Nədənsə, bizim məmurlar belə «veteranları» az qala özləri qədər sevərlər. QHT kimi payları, torpaqdan payları, hələ bu maygülləri utanmadan komissiyalarda, tədbirlərdə qəhrəmanlıqlarından əfsanələr də danışmağa başlayıblar. O döyüşçünün boyunu yerə soxum ki, bu şərəfsizlərə züy də tuturlar…
Dağlıq Qarabağın işğalçı rejimi isə keçmiş döyüşçüləri «Arsaxı azad etmiş döyüşçülər birliyi» ətrafında birləşdirib. Təşkilat 8,5 min nəfərdən ibarətdir. Ermənicə onları «azatamartik» (azadlıq döyüşçüləri) adlandırırlar. Onların məktəblərdə, klublarda portretləri asılır. Gəbərmiş separatçıların ailələri yüksək statusa malikdirlər. Xankəndində onların döyüş yolunu əks etdirən muzey fəaliyyət göstərir.
Veteranların adına prospektlər və küçələr verilib. Bizdə isə Sumqayıtda şəhid portretlərini vandalcasına küçələrdən kəsib zibil maşınına yükləyən bir zehniyyət var. Digər bir tərəfdən isə, hansısa gizli bir əl 1998-2016-cı illər arası Nazirlər Kabinetində «Şəhid adlarının əbədiləşdirilməsi » maddələrini son nöqtəsinədək dəyişdirib. Azərbaycanda yeni Nazirlər Kabinetinin qərarına əsasən büst qoyulması və şəhid adının verilməsi üçün şəhidin iki dəfə «Milli Qəhrəman» adı alması tələb olunur. Bu status kimsədə yoxdur. Üstəlik, Atəşkəs dövrü bu qərara kimin əl gəzdirməsi ciddi araşdırılmalıdır. Çünki Aprel döyüşlərindən dərhal sonra yerli İcra Hakimiyyətlərinə şəhid adlarının yığışdırılması haqqında məktublar göndərilib. Əminəm ki, məhz bu qərardan Ali Baş Komandanın xəbəri yoxdur. Bu ən azı FETÖ izinə bənzəyir. Geniş araşdırmamızda bu mövzuya qayıdacağıq.
Erməni işğalçı rejimi Xankəndində terrorçulara yeni mənzil qərargahını təqdim etdiyi günlərdə icarədə oturduğumuz yarım zirzəmini Əmlak Məsələləri Dövlət Komitəsi boşaltdırıb kiməsə satmaq istəyirdi. Bir veteranımız özünü komitənin foyesində doğradıqdan sonra bu gözlərini hərislik tutmuş adamlar geri çəkilməli oldular. Bu gün də «Veteranlar haqqında» Respublika Qanununa görə bizdən icarə haqqı alınmaması göstərildiyi halda hər ay icarə haqqı ödəməkdəyik.

Biz əlillərə Naz-Lifan… 
…onlar Pikaf…
Aprel döyüşləri zamanı cəbhədəki əsgərlərimizlə görüşə gedən 60 minlik AVMVİB üzvü olan veteranlarımız yol pulu axtarışında olduğu günlərdə separatçı quldurların СВОА (Союз воинов-освободителей Арцаха) üzvləri işğalçı hərbi birləşmələrin hesabına 543 milyon dram (1,1 mln. USD) vəsait yardım etmişdi.
Bizdə isə əmək, peşə və s. veteranı düzəldərək sağ qalan 1921 nəfərlik II Dünya müharibəsi veteranından başqa veteranı tanımadıqlarını mədəni surətdə illərcədir ki, bizlərə diqtə edirlər. Əslində isə ölkədə ən iri veteran təşkilatı AVMVİB-dir. Bizə nəinki büdcə ayırması, sadəcə ayrımçılıq qismət olub. Səbəbi məlum deyil. Biz «Tək Vətən yaşasın»-deyib dözdük. Amma bu gün şəhidimin «Qan puluna» göz dikməyə analoq tapılmır. Varsa göstərin.
İşğalçı rejim mənsubları gəbərdilmiş «peyinlərə» abidələr qoyarkən, bizdə kütləvi şəhid adlarına, büstlərinə hücum başladı. Ermənilər Xankəndində veteran parkı saldığı günlərdə, Xətai rayon İH işçiləri belli-lingli gəlib sənədli və öz əllərimizlə abadllaşdırdığımız 40 kv.m-lik «Veteran İstirahət guşəsini» sökməyə girişmişdilər. Quldur döyüşçülərə evlər bağışlayan Xankəndi rejiminə qarşılıq Sabunçu rayonun icra başçısı buldozerini götürüb Aprel döyüşçüsünün sənədli evini uçurur, Veteranlar Birliyinin sədrinin sənədli bağ yerini dağıtdırırdı. Minlərlə fakt və minlərlə xəyanətə bərabər addım, sizcə təsadüfən atılıbmı?
Şəxsən mən bunun təsadüf olmasına inanmıram. Bu məqsədyönlü bir siyasətdir.
Beləliklə, deməyə aylarcadır söz tapmadığım fato-sessiyanı diqqətinizə çatdırıram. Hansısa erməni soylu düşünməsin ki, mən ermənini təbliğ edirəm. Sadəcə «acından ölənlərin» və «toxundan ölənlərin» əməllərini sizlərə təqim edirəm. Bu ölkədə milyonlar qazananların bu ölkə insanına, sanki heç minnət borcu belə yoxdur. Sanki bu adamları Tanrı bizləri cəzalandırmaq üçün göndərib. «Ağıllı pulları bunca ağılsız adamların əlinə verib» və Sizif kimi hərəsinin əlinə bir Qaradağ daşı yumarlamaq qismət edib. Millətin gələcəyi, Vətənin sabahı və Torpaqlarımızın azadlığı bunların mənfəət dairəsinə aid deyil.
ABŞ-ın Qərb sahilində fəaliyyət göstərən «Hayastan» ümumerməni fondu Qarabağın quldur veteran və əlillərinə milyonlarla yardım etməklə yanaşı Amerikadan işlənmiş avtomobillər gətirib keçmiş quldurlara təmənnasız olaraq verir. Heç bir rüsum tələb olunmur. Bizimkilər isə, erməni Soso Pavliaşvili adlı erməni itini gətirib qıcıq verə-verə Bakıda anqırdıb paylı-püştlü yola salırlar, hətta xaricilərin sürüb gətirdiyi avtomobilləri Şuşa İH-i öz sərəncamıyla bala-bala xırıd eləyir və qalanlarını isə çürüdür. Kömrük-müharibə əlillərinin münasibətinə aid videoları isə yəqin ki, hər biriniz Youtubedə ac qarına yüz dəfə izləmisiniz.
İdealı tayqulaq Andronik olan məmur var ki, Türkiyədən Vartan gətirib, əlil və veteranların əlindən aldığı torpaqlarda müdür işlədir. Zorla aldığı torpaqlara görə veteranlar və şəhid ailələrinə veriləsi kompensasiyanı zorla aldıq. Şahid mən özüməm.
Azərbaycanda jurnalistikanı məqsədli şəkildə məhv etdilər ki, bu naqis əməlləri kimsə görməsin və deməsin. Bu gün də bu məmurların yelpənəyini tutanlar, hələ də «reket jurnalist» moizəsi oxumaqla məşğuldur. Bir soruşan da yoxdur, «jurnalist varmı ki, onun erkəyi, dişisi də olsun?» Qaradan ötə rəng yoxdur. Vallahi və billahi bunlar hamısı olmuşların mində biridir.
Beş-üç soyu-sopu bəlli olmayanın antimilli hikkəsiylə döyüşçüyə qarşı bunca Allahsızlıq etmək olmaz. İnanıram ki, Ali Baş Komandan öz əsgər və zabitlərinə qarşı aparılan bu iyrənc siyasəti araşdırmaq üçün ciddi tədbirlər görəcəkdir.
P.S. Hələ bu gün döyüşçülərə qarşı münasibət sırf SABOTAJ xarakteri almaqdadır. Bizi izləyin…



