Ronaldo Azərbaycan əsilli İran futbolçunun rekordunu təkrarladı

Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldonun Avropa çempionatının F qrupunun III turunda Fransaya vurduğu 2 qol onun üçün əlamətdar olub.

Ronaldo qollarının sayını 109-a çatdırıb. Bununla da İran millisinin Azərbaycan əsilli keçmiş hücumçusu Əli Daeinin rekordunu (109 qol) təkrarlayıb.

Bu xəbəri paylaşın: