Leninə göndərilən 60 vaqon «hədiyyə» 10.000 sürgün edilən vətən övladı…
27 aprel 1920-ci ildə Azərbaycanın işğalı günü ölkədə “Yağmalama həftəsi” elan edərək, uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar.
Ərzaq anbarları müsadirə edildi və Moskva proletariatına göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi.
Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar ya öldürüldü, ya da həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə sürgünə göndərildi.
Bütün bu prosesin başında bolşeviklərimiz və Cümhuriyyətin işğalında rol oynamış şəxslər dururdu.
Difai təşkilatı
