Biz niyə Koçaryan-Sarqsyanın hərbi cinayətlərini və öz əsirlərimizi tələb etmirik?

Bugünkü dünyada məhkumlar üçün konslagerlərinin olduğu ölkələr var. Bu ölkələrdən biri də Ermənistandır. Ermənilərin konslagerlərini nədənsə unutduq və bu gün tələblərimiz arasında bu düşərgədə saxlananlar haqqında danışmırıq. Ermənilər həyasızcasına əli silahlı terrorçuları hərbi əsir kimi tələb etdiyi günlərdə də bu barədə konkret tələb irəli sürmədik. 2018-ci ildə Memodjan adlı profilin Facebook statusundan bu faktları paylaşmışdıq:

1) Vardenis uşaqların saxlama düşərgəsi (250 nəfər)
2) Razdan uşaqların saxlama düşərgəsi (180 nəfər)
3) Xankəndi uşaqların saxlama düşərgəsi (180 nəfər)
4) Geçaşen qadınların saxlama düşərgəsi (320 məhkum)
5) Cermuk qadınların saxlama düşərgəsi (250 nəfər)
6) Kəlbəcər qadınların saxlama düşərgəsi (150 nəfər)

65 az yaşlı qız da daxil olmaqla, məhkumlardan 168 uşağın öldürüldüyü təsbit edilmişdi. Bu statistikadan sonra ermənilərlə bir masa arxasında otursaq da bu bəşəri və hərbi cinayəti masaya çıxarmadıq.

Bu faktları təsdiqləyəcək onlarla əsir ifadəsi, jurnalist təəssüratı və şahid erməni ifadələri var. ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrdə qeyd olunur ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.


Erməni əsirliyində olmuş Pənah İskəndərovun izahatından: “Məni bir yerdə saxlamırdılar. Şuşada 1-2 gün qaldıqdan sonra yenidən Xankəndinə göndərildim. Yaram nisbətən sağalmışdı. Xankəndidə tikintidə işləyirdim. Məni və digər əsirləri Xankəndi şəhərinin mərkəzində Samvel Babayan üçün inşa olunan imarətdə işlədirdilər. Evin tikintisində istifadə olunan daşları Malıbəyli kəndindən söküb gətirirdik. Qarnımdan aldığım yara çirk elədiyi üçün Xankəndidə olan 3 saylı uşaq xəstəxanasına apardılar. Orada əsir götürülmüş azərbaycanlı yaralılar saxlanılırdı. Onların arasında qadın, uşaq da vardı. Azərbaycanlı əsirlər mənim yaralarımı açır, təmizləyib sarıyırdılar. Birinin adını təxmini xatırlayıram, Gülcahan idi. Dediyinə görə, Kəlbəcər rayonunda anadan olmuşdu və elə orada əsir düşmüşdü”.

Yaxud da Əsgəran rayonunun Daşbulaq kəndindən olan, milliyyətcə erməni Şahverənov Suqanın Moskva şəhərində verdiyi məlumata görə, bir qrup azərbaycanlı Daşbulaq kəndində saxlanılıb, onları kənd təsərrüfatında işlədirmişlər.

1991-1993-cü illərdə əsir düşən uşaqların çoxu orqan mafiyasının qurbanı olub. Parisdəki Necker (ünvan: 149, rue de Sèvres, Paris 15, France) adına xəstəxana ilə əlaqə quraraq bu işə rəhbərlik edən 1962-ci ildə Sumqayıtda anadan olmuş Laura Gevorkovna Lalayan olması barədə yetərincə məlumatlar var. Bu “qadın” müharibə illərində əsir düşən uşaqların orqanlarını çıxararaq dünya qara bazarında satışını təşkil edib.

Lauranın yaratdığı məktəbdə əsir və girovların övladları hazırlanır. Məktəbdə əsir azərbaycanlı uşaqlara dərs proqramı belə hazırlanıb: ilk olaraq hər səhər Ermənistan himnini dinlədirlər, daha sonra xaça səcdə və «əzabkeş erməni xalqına» dua edirlər. Ardınca erməni tarixindən seçmələr, erməni mədəniyyəti və türkün düşmən olduğunu göstərən xüsusi psixoloji dərslər keçirlər. Bu uşaqlardan Aprel döyüşləri zamanı istifadə edilmələri barədə yazmışdıq. Düşmənin meyidlərinə sahib durmadığı «erməni hərbçiləri» həmin uşaqlara aid idi. Bu faktı Qırmızı Xaç təəccüblə qarşılamışdı.

Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslər 4210 nəfər olub. Onlardan 3401-i hərbçi, 802-si mülki şəxsdir, 7 nəfərin isə hərbçi və ya mülki olduğu məlum deyil.

Biz bu erməni cinayətini ortaya çıxarmalıyıq. Bir vaxtlar dünya kar və kor kimi «qalibi mühakimə» etmirdi və bu gün ortada məğlub bir faşizm var. Onun mühakiməsinə nail olmalıyıq…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: