Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi qərargahı olmadığı üçün növbəti tədbirini də Qənimətlər Parkında keçirdi.
26 iyun Ordu günü ərəfəsində 2020-ci ilin 44 günlük Zəfər sonuclu Vətən müharibəsində fəal iştirak edən, dövlətin müxtəlif orden və medalları ilə təltif olunan gənc müharibə veteranları AVMVİB Nəsimi rayon şöbəsi rəhbərliyi tərəfindən Fəxri fərmanlarla mükafatlandırılıblar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.
Tədbirdə AVMVİB sədrinin I müavini Kamil Şirinov, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB Nəsimi rayon şöbəsi sədrinin müavini Namiq Həşimov iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini K. Şirinov və AVMVİB Nəsimi rayon şöbəsinin sədri E. Hüseynov 26 İyun Ordu Günü münasibətiylə tədbir iştirakçılarını, müzəffər ordumuzu və onun müzəffər Ali Baş Komandanını təbrik ediblər.
E. Səlim














