Bu gün Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın Vitse-prezidenti, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin doğum günüdür.
Azay Quliyev daim döyüşçülərlə bir olmuş və onların problemlərinin həllinə yardımçı olmuşdur. Azərbaycanın haqq səsinin beynəlxalq arenada eşidilməsi üçün çalışmışdır.

Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, Fədai.az kollektivi Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın Vitse-prezidenti, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.
Vətənimiz uğrunda beynəlxalq aləmdə aparılan mücadilədə sözü kəsərli olsun!
Bütün gözəlliklər Sizin olsun!
100 yaşayın!
AVMVİB Rəhbərliyi və Fedai.az





