30 – IYUN AZƏRBAYCAN RESPUBLIKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN DAXİLİ QOŞUNLARININ BAŞ İDARƏSİNİN GƏNCƏ ŞƏHƏRİNDƏ VƏ ZAKATALA RAYONUNDA YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRİN YARANMASI GÜNÜDÜR

Daxili qoşunların Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissələr yarandığı gündən şərəfli bir xidmət yolu keçən respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət və qəhrəmanlıq göstərmiş , Daxili qoşunlar və Daxili qoşunların Baş idarəsinin Gəncə şəhərində , Zakatala rayonunda və digər şəhər və rayonlarda yerləşən hərbi hissələr ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq dövlətçiliyin sütunlarından birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əvəzsiz diqqəti və qayğısı sayəsində bu gün davamlı inkişafda olan Qoşunların və hərbi hissələrin döyüş hazırlığı, təchizatı, şəxsi heyətin xidmət şəraiti, sosial müdafiəsi yüksək səviyyədədir.

DQBİ-nin Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissələr öz adına sadiq olan hərbiçilərimizin Gəncədə Zakatalada və digər şəhər və rayonlarda ictimai asayişin, daxili təhlükəsizliyin qorunmasında silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində və 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda bütövlükdə qarşıya xidməti-döyüş bir daha təsdiqləmişdir.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatlarında fəal iştirak edən DQBİ-nin Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissələrin hərbiçiləri Şuşa şəhərinin, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında mərdlik, igidlik, və qəhrəmanlıq gpstərmiş, yüksək dövlət təltiflərinə layiq görülmüşlər.

AVMVIB-IN rəhbərliyi, Fədai. az kollektivi, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində və Zaqatala rayonunda yerləşən hərbi hissənin yaranmasının 29-cu il dönümü münasibətilə hərbi hissənin bütün şəxsi heyətinə, mülki işçilərinə , ehtiyatda olan zabitlərinə, gizirlərinə, müddətdən artıq xidmət edən hərbi qulluqçularına, çavuşlarına, əsgərlərinə, hörmətli veteranlarına və onların ailə üzvlərinə möhkəm can sağlığı xoşbəxtlik, səadət, Azərbaycan Respublikasına xidmətdə və şəxsi həyatda uğurlar arzulayır.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: