Azərbaycanlıların Xankəndi, Xocalı və Ağdərəyə qayıdışı başlanır

“Azərbaycanlı məcburi köçkünlərin hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və s. yaşayış məntəqələrinə, ev-eşiklərinə, yurd yerlərinə qayıdışı prosesinə hazırlıq gedir”.

Bunu tanınmış bloger və jurnalist Elçin Alıoğlu bildirib.

Jurnalistin sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin dogma yerlərinə qayıdışı ilə bağlı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ilə zəruri prosedurlar çərçivəsində müzakirələr aparılır.

“Müzakirələr uğurludur. Sadəcə, bunu deyə bilərəm hələlik. Vaxtilə Bakıda, Gəncədə, Sumqayıtda və s. məkanlarda yaşamış ermənilərin qayıdışı isə müzakirə mövzusu deyil”, – deyə E.Alıoğlu bildirib.

Mənbə: Azerforum

Bu xəbəri paylaşın: