Heç nə və heç kim unudulmur!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 44 günlük Vətən müharibəsi günlərində Ordumuza dəstək göstərən şəxslərin təltifini davam etdirib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Fərhad Cahangir oğlu Əliyevi və Mehdi Ağahüseyn oğlu Tahirovu 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizə isti geyimpaltarları, ərzaq və digər zəruri tələbat əyalarının alınıb çatdırılmasında göstərdikləri xidmətlərə görə AVMVİB-nin Fəxri fərmanı ilə təltif edib.

Mərasimdə AVMVİB sədrinin iqtisadi işlər üzrə müşaviri Anar Əhmədov da iştirak edib.


Sədr F. Rzaquliyev Fərhad Əliyevi və Mehdi Tahirovu təbrik edərək, heç nəyin və heç kimin unudulmadığını qeyd etdi.


Təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: