Rusiya Prezidenti Dağlıq Qarabağdakı böhranın daha da inkişafında heç bir tərəfin maraqlı olmadığını bildirib. Vladimir Putin bu barədə «Birbaşa xətt» proqramında vətəndaşların suallarına cavab verərkən danışıb.
«Rusiya [Dağlıq Qarabağdakı] çox ciddi böhranın həllində müəyyən rol oynadı. Və heç kim onun inkişafında maraqlı deyil — nə Azərbaycan, nə Ermənistan, nə də üstəlik, Dağlıq Qarabağ sakinləri», — Vladimir Putin deyib.
Onun sözlərinə görə, hamı başa düşür ki, həmişə silahlı qarşıdurmanın yenidən bərpa olunacağı qorxusuyla yaşamaq mümkün deyil.
«Demək ki, bunu həm Ermənistan, həm də Azərbaycan rəhbərləri də başa düşür», — Rusiya dövlət başçısı deyib.
Mənbə: BBC
Bu xəbəri paylaşın:
