TƏBRİK: MÜHARİBƏ VETERANI EHTİYYATDA OLAN MAYOR MÜLKƏDAR GÖZƏLOV-56

Muharibə veteranı Gözəlov Mülkədar Agabəy oğlu 01 iyul 1965-ci ildə İmişli rayonunun Sərxanlı kəndində anadan olub. Bu gün Mülkədar Gözəlovun ad günüdür.


AVMVİB rəhbərliy və Fədai.az kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev mayor Gözəlov Mülkədar Agabəy oğlunu ad günü münasibətilə təbrik edir ,ona cansağlığı, xoşbəxtlik ailə səadəti arzulayir.


O, 1982-ci ildə orta məktəbi, 1988-ci ildə Gəncə Kənd Təsərrüfatı institutunu, 1991-ci ildə isə Zabitlərin İxtisas artırma kurslarıni bitirib.

1988-ci ilin sentyabr ayından 1993-cü ilin fevral ayına kimi İmişli rayonunda aqronom işləmiş, 1993-ci ilin fevral ayından 2014-cü ilin sonunadək Daxili Qosunlarin Bas İdarəsinin döyüş bölgələrində, yerləşən hərbi hissələrdə hərbi hissənin kimya xidmət rəsi, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində Kimya xidmətinin baş zabiti, Daxili Qosunlarin Bas İdarəsinin Qərargahında növbətci xidmətində baş zabit, Əməliyyat və Döyüs hazırlığı idarəsinin kimya şöbəsində isə baş zabit vəzifəsində xidmət edib.


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Agdam və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edib.


Mülkədar Gözəlov xidmətdə fəriqləndiyinə görə bir sira medalarla, döş nisanlarl ilə və «Fəxri Fərmanla» mukafatlandırlıb.


Dərin hörmətlə, Azərbaycan Veten Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: