Həqiqəti montaj eləmək olmur…

Bu gün xaricdə yaşayan və özlərini zorən bloqqer elan edənlərin 90 faizi anti Azərbaycan təbliğatı aparmaqla məşğuldurlar. Əsas silahları şər, böhtan, iftira və şantaj olan bu adamların ölkə həyatlarını araşdırsaq tam üfunətlərlə dolu olduğunu görərik. Dövləti, Ordunu və milli mənəviyyatı hədəf seçən bu şəxslər öz çirkin niyyətlərini xalqa «vətənpərvərlik kimi» təqdim etmələri acı təəssüf doğurur.

Bunlardan biri də «Tərtər işi» adıyla öz reklamını qurmaq istəyən Qurban Məmmədovdur və onun bu planı da əvvəlkilər kimi suya düşmək üzrədir. Öncə uydurduğu «1767» rəqəmi yalan çıxdı. İkincisi, əvvəllər heç bir xəyanət olmaması iddiasının, tam əksinə olaraq, artıq Seysulan və Talış xəyanətlərindən danışır. Üçüncüsü, zərərçəkənlər onun Dövlət rəhbəri haqqında hədyanlar danışmasına yol vermirlər və s.

Zorən bloqqer Qurban Məmmdov bu şansdan maksimum yararlanmaq üçün «AzerFredom» ailəsindən yönləndirici zənglər təşkil edərək ölkə rəhbərliyini və hüquq mühafizə orqanlarımızı hədəf seçməyə çalışması gözümüz önündə baş verir. Elementar hərbi biliyi olan şəxs yaxşı bilir ki, istənilən cinayət tərkibli iş Hərbi Prokurorluğa hansı mərhələlərdən keçib daxil olur. Amma bunu Qurban Məmmədovun və onun komandasının bildiyi məlumdur və qəsdən hərbi polis deyərkən, Xanlar Vəliyev deyir. Daxili təhqiqat adı çəkilən kimi, yaxud idarə və s. adı çəkilən kimi də Hərbi Prokurorluğun adını çəkir. Bu, «əldə qayırma» siyasi bloqqerin qərəzinin və hansısa bir sifarişlə işləməsinin göstəricisi sayıla bilər. Ordudaxili cinayətlərin Hərbi Prokurorluğa verilmə prosedurunu bilərəkdən, hadisələrə don geydirməyə çalışır.

Məqsədiniz nədir, Qurban Məmmədov?

Bəziləri müdafiə xarakterli yazılar yazanda, bildirirlər ki, filankəsin bu müdafiəyə ehtiyacı yoxdur. Amma biz bildiririk ki, biz 80 minlik veteranlar ordusu adından Hərbi Prokuror Xanlar Vəliyevi və Hərbi Prokurorluğun əməkdaşlarını müdafiə edirik. Çünki «Əsgərin davranış qaydaları»ndan tutmuş «Əsgər andı»nadək bu qurumun yorulmaz əməyinin bəhrəsidir. Orduda fərariliyin arxivə verilməsi, məqsədli şəkildə düşmən tərəfindən yaymaq istənilən «dedovşina»ya meydan verilməməsi, əsgərin qanunsuz istismarının qarşısının alınması və s. məhz bu qurumun adıyla bağlıdır. Bu gün Qurban Məmmədovun efirə çıxardıqları günahsızları da elə Hərbi Prokurorluq müəyyən edib.

Dindirdiyi zərər çəkmişlərin heç biri konkret olaraq hərbi prokurorluq əməkdaşları tərəfindən hüquq pozuntusuna məruz qalmaları barədə konkret fakt söyləməyiblər. Həbs olunmuş şəxslər öz etirafları əsasında həbs edildikləri və məhkəməyə çıxarıldıqları da məlumdur. Mülki şəxslərin işlərini aidiyyatlı orqanlar aparıblar və ən nəhayət bu qeyri -qanuni hərəkətlərə yol vermiş hərbçilərin  də, elə Hərbi Prokurorluq əməkdaşları üzə çıxararaq həbsinə nail olub. Bəs bu faktları, sizcə Qurban Məmmədiov niyə görmür? Xaricdəki qaragüruhu, sizcə kimlər maliyyələşdirir? Bəlkə düşünürsünüz ki, bəzilərinin sözə aldanıb yardım etdiyi 2-3 min dollarla Qurban Məmmədov bunca cəfa çəkir?Hadisələri əvvəlində qeyd etmişdik ki, məsələ heç də bu işdə günahsız olanların dərdinə şərik olmaq deyil. Onun aldığı sifarişin effektini artırmaqdır. Bu adam dəfələrlə əlində tutulan «badımcanı xiyar, xiyarı isə badımcana çevirməyi bacarıb». Əlində badımcan tutulanda «qara xiyar», xiyar tutanda isə «yaşıl badımcan» elan etmək şakəri var. Hətta dostu Əli Həsənovla çəkdirdiyi fotonu da tələsik dəyişdirib montaj edə bilir. Amma unudur ki, həqiqətin bir üzü var və o da montaj olunmur.

Yaxud da tez-tez xalqa minnət qoyduğu Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında 1500 kv.m-lik 5 mərtəbəli «koması»nın sökülməsi faktı da «qara xiyar» deyil, artıq qara piyar sayıla bilər. «Süddə qaşıq kimi təmiz olan» Qurban Məmmədovun əvvəllər yaşadığı bütünlükdə binanın tam sahəsi təxminən cəmi 756 kv.m olub və bu binadakı 2 mənzildə yaşayan adamın 1500 kv.m sahəsinin olmasını izah edin. Amma Qurban Məmmədov artıq izləyicilərini inandırıb ki, onun yaşadığı binadakı 756 kv.m-də ona aid olan sahə (I girişdə 2 mənzil və II girişdə isə cəmi 3 mənzil) hələ bir az da çoxmuş. Bu cür yalanı həzm edənlərə bundan sonra «ziyafət verməyə» nə var ki?

Cəmi iki faktı ortaya qoyduq. Bu faktları dərk edən kimsə bu şəxsin «nağıllarıyla» özünü aldatmaz. Elə bu üslubla da meydana atılan bu adamın əks fikirli hər kəsi qaralamağa çalışır. Onunla yol başlayan neçə nəfər tanınan siyasətçi onunla birgə qaldı?Dövlətçilikdən dəm vurub Dövlətçiliyin əsaslarını hədəfə alan birisindən nə gözləyəsən?

Sonda bir daha Qurban Məmmədovun toruna düşənlərə müraciıət edirik. Siz üzləşdiyiniz haqsızlıqları mütləq sübut edəcəksiniz, amma bu adamın torundan isə heç zaman qurtula bilməyəcəksiniz…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: