26 İyun Silahlı Qüvvələrin yaranması günü Nərimanov rayonunda qeyd olunub

Nərimanov rayon İacra Hakimiyyətində də 26 İyun Silahlı Qüvvələrin yaranması günü münasibətiylə şəhid ailələrinin və müharibə veteranlarının iştirakıyla tədbir keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.


Qurban Osmanov bildirdi ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin rəhbərliyi altında 26 İyun Silahlı Qüvvələrin yaranması günü münasibətiylə keçirilən tədbirdə şəhid ailələrinə və qazilərə münasibət, «Dəmir yumruq» əməliyyatı nəticəsində tarix yazıldı.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsi rəhbərliyi cəbhədən geri dönmüş qaziləri Fəxri fərmanla təltif edib.

Elnur Səlim

Bu xəbəri paylaşın: