Ötən 103 ildə AZƏRBAYCAN Polisinin keçdiyi şərəfli yol , xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövründə daxili işlər orqanlarının fəaliyyətinin təşkili , peşəkar kadr özəyinin yaradılması , həmçinin möhtərəm Prezidentimizin başçılığı ilə hüquq – mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, sturuktur dəyişiklikləri, maddi – texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, şəxsi heyətə ali diqqət və qayğısı sayəsində davamlı sürətdə təkmilləşən , inkişaf baxımdan böyük irəliləyişlərə nail olan, daxili işlər orqanları cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində müsbət nəticələr əldə etmiş, dövlətçiliyimizi qüdrətləndirmək kimi milli ideyanın həyata keçirilməsinə layiqli töhfələr verməkdədir.

Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlılığını nəzərə alan , tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan xalqımızın ümummilli lideri Heydər Əliyevin 23 il öncə , 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-nin “Azərbaycan Polisi Günü “ elan etdiyi bu müdrik qərarın polisin ən yaxşı ənənələrinə , gecəli-gündzlü gərgin əməyinə , torpaqlarımızın müdafiəsində və xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümüdür.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet ittifaqının tərkibindəolduğu illər ərzində, daxili işlər orqanlarının inkişaf etdiyi , içtimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığı, Azərbaycan milisinin ikinci dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərdiyi , ulu öndərin rəhbərliyi altında respublikamızın iqtisadi , sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980 cı illərin Daxili işlər nazirliyinin tarixində mühüm mərhələ olmuşdur.

Müstəqilliyin ilk illərində respublikamızda yaşanan ictimai – siyasi böhran , hərc-mərclik , özbaşnalıq , insan hüquqlarının kütləvi şəkildə pozulması, torpaqlarınızın işğalı və seperatizmin Azərbaycanın bir dövlət kimi mövcudluğunu təhlükə altına alması, onun dağılmaq həddinə gətirməsi, çoxsaylı qanunsuz silahlı dəstələrin əhalidə vahimə və qorxu yaratması, cinayətlərin sayının kəskin artması kriminogendurmun nəzarətdən çıxması , belə ağır və mürəkkəb vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qurtuluş missiyasını həyata keçirərək qısa müddətdə respublikada möhkəm və dönməz sabitlik yaratmağa nail olması , dövlət çevrilişi və vətəndaş müharibəsinin qarşısının alınması, anarxiyaya son qoyulması, qanunsuz silahlı dəstələrin tərkisilah edilməsi, kriminogen durumu tam nəzarətə götürmüşdür.

2003-ci ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin öz inkişafının yeni mərhələsinə qədəm qoyulmuş, lakin həmin illərdə asan olmamış, yenidən dövlətimizi xaos və anarxiyaya sürükləməyə cəhdlər olmuş, bu antimilli əməllərin qarşısının Ali Baş Komandanımızın qətiyyəti möhkəm iradəsi, hüquq – mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin təşkili sayəsində alınmış, məhz içtimai asayişin etibarlı qorunmasının nəticəsi olaraq onun rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün çox mühüm olan qlobal layihələrin reallaşması tam təmin edilmişdir.
Dövlətin , cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyi keşiyində dayanan bütün polis əməkdaşlarının vətənimiz qarşısında xidmətləri xüsusi tədqirə layiqdir. Onlar torpaqlarımızın bütövlüyü uğrunda düşmənlə müharibədə qanlı savaşın canlı iştirakcısı olublar, neçə-neçə uğurlara sevinib , faciələri xalqımızla birgə yaşayıblar.. Haqqımız uğrunda şəhidlik zirvəsinə ucalıblar. 44 günlük möhtəşəm qələbəmiz dövründə funksional vəzifələrini ləyaqətlə yerinə yetirmişlər. İndi başda Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla polis əməkdaşları ölkəmizdə sabitliyin qarantı kimi ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə , eləcə də covid-19 pandemiyasına qarşı tədbirlərdə öz xidməti vəzifə borclarını şərəflə davam etdirirlər.

AVMVİB-nin rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev Azərbaycan Polisinin yaranmasının 103-cü il dönümü münasibəti ilə Daxili İşlər Orqanlarının bütün şəxsi heyətini, hörmətli müharibə veteranlarını , Respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm can sağlığı xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayır.
BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN POLİSİ!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev






