AVMVİB Balakən rayon şöbəsi təltif edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsində təltif mərasimi keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli, ehtiyyatda olan mayor Aydın Abdullayev məlumat verərək bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəisi Qabil Rzayevi AVMVİB-nin təsis etdiyi «Milli Ordu 100» Xatirə medalıyla təltif edib.


Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəisi Qabil Rzayevin müharibə veteranları və şəhid ailələrinə daim qayğı və diqqət göstərməsi qeyd olunub.


Mərasim iştirakçıları təltif münasibətiylə Qabil Rzayevi təbrik ediblər.

Elnur Səlim

Bu xəbəri paylaşın: