Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsi Polis Günü münasibətiylə iki nəfər polis zabitini «Milli Ordu 100» Xatirə medalı və Fəxri fərmanla təltif edib.
Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri «Azərbaycan Bayrağı» ordenli Aydın Abdullayev bildirdi ki, vətənpərvər Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun apardığı islahatlar sayəsində Balakən rayonuna təyin edilmiş vətənpərvər polkovnik leytenant Ç. Aslanov və müavin polkovnik leytenant E. Zamanov şəhid ailələri və müharibə veteranlarına göstərdikləri diqqət və qayğıya görə təltif ediliblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsi adından Azərbaycan polislərini peşə bayramları münasibətiylə təbrik edirik!
Elnur Səlim