KTMT Ermənistanın müraciətinə cavab verdi

Azərbaycanla sərhədin müəyyən edilməsi ilə bağlı «Ermənistanın cənubunda» vəziyyətin kəskinləşməsi «sərhəd insidentidir» və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nizamnaməsinin kollektiv müdafiə üzrə müddəalarına aid deyil.

Bu barədə KTMT-nin Baş katibi bilirib.

«KTMT-nin potensialı yalnız təcavüz, [üzv ölkələrdən birinə] hücum halında işə salınır. Burada isə biz əslində sərhəd insidenti ilə qarşılaşırıq,» — TASS agentliyi Stanislav Zasın sözlərini iqtibas edir.

«Bu sərhəd insidentidir, onu həll etmək lazımdır və biz onun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq».

Baş katib vurğulayıb ki, hazırda vəziyyətin kəskinləşməsi müşahidə olunmur.

Stanislav Zasın sözlərinə görə, KTMT Ermənistanın cənubundakı vəziyyəti daim izləyir.

Ermənistan KTMT-yə may ayında Azərbaycanla sərhəd bölgələrində vəziyyətin gərginləşməsindən sonra müraciət edib.

Moskvanın təşəbbüsü ilə yaradılan KTMT-nin 6 üzvü var — Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Tacikistan.

Mənbə: BBC

Bu xəbəri paylaşın: