Ötən gün Cəlilabad rayonunun “Petrovka” adlanan yaşayış massivində, həmin massivin sakini 1998-ci il təvəllüdlü Abaslı Bəhmən Bəhlul oğlunun özünü asaraq intihar etməsi barədə məlumat vermişdik.
Alınan məlumata görə, Bəhmən Abaslı Vətən müharibəsi qazisi olub.
İyulun 4-də Cəlilabad rayonunun “Petrovka” adlanan yaşayış massivində, həmin massivin sakini 1998-ci il təvəllüdlü Abaslı Bəhmən Bəhlul oğluözünü asaraq intihar edib.
Bəhmən Abaslının dostu ilə intihardan öncə son votsap yazışması yayılıb.
Qeyd edək ki, sözügedən yazışmanı tanınmış jurnalist Anar Məmmədov sosial media hesabında paylaşıb.
O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə də təltif edilib.