Koronavirusun yayılması fonunda Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin rəhbərləri bütün dövlətləri silahlı qarşıdurmalara, ticarət müharibələrinə və birtərəfli sanksiyalara son qoymağa çağırıblar.
KONKRET.az xəbər verir ki, bu haqda məlumat erməni mediasında yer alıb.
“Biz bütün dövlətləri beynəlxalq əməkdaşlığı qorumağa, etimad yaratmağa, silahlı münaqişələrə, ticarət müharibələrinə, birtərəfli maliyyə və iqtisadi sanksiyalara və beynəlxalq qanunlara ciddi əməl etməyə çağırırıq”. Kremlin saytı Ali Avrasiya İqtisadi Şurası üzvlərinin bəyanatından sitat gətirir.
“Aleksandr Qriqoryeviç Lukaşenkodan, Ali Avrasiya İqtisadi Birliyinin sədri olaraq MDB-dəki həmkarlarımıza bugünkü iclasın nəticələri, ölkələrin koronavirusun yayılması ilə bağlı gördüyü işlər barədə məlumat verməsini xahiş edirəm. MDB-dəki bütün tərəfdaşlarımızla birlikdə işləməyə hazır olduğumuzu vurğulayırıq”. Rusiya prezidenti Vladimir Putin belə deyib.
Xatırladaq ki, MDB-də AİB ölkələrindən əlavə, Azərbaycan və Tacikistan da yer alır.
Babək Göyüş
