Taliban Türkmənistanla sərhəd şəhərə hücuma keçdi

Taliban Əfqanıstanın şimal-qərbində yerləşən Badqis vilayətinin mərkəzi olan Kalayi-Nau şəhərinə hücuma başlayıb.

Bu məlumatı “İnterfaks” agentliyi yayıb.

Məlumata görə, hazırda döyüşlər şəhər ətrafında gedir. Taliblərin polis və kəşfiyyat idarələrinin qərargahlarını ələ keçirdiyi vurğulanıb.

Qeyd edək ki, az öncə Əfqanıstan hökuməti ilə Taliban arasında İranda danışıqlar başlayıb.

Badqis vilayəti Türkmənistanla sərhəddə yerləşir.

Əfqanıstan ordusu isə son bir həftədə 14 bölgəni Taliban terror təşkilatından geri alıb.

Bu barədə Əfqanıstan Silahlı Qüvvələrinin sözçüsü general Ajmal Şinvari məlumat verib.

Şinvari ordunun Talibana qarşı bir həftə ərzində 278 əməliyyat keçirdiyini, 2360 terrorçunun öldürüldüyünü, 1412 nəfərin yaralandığını və 182 nəfərin də həbs edildiyini söyləyib.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: