AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev müharibə veteranı, ehtiyyatda olan mayor Həsənov Nazim Əsgər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib – tükənməyən nailiyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.
Mayor Həsənov Nazim Əsgər oğlu 08 iyul 1969 cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində adan olub . O , 1984 cü ildə M.T.Sidqi adına 4-№-li səkkizillik məktəbi bitirib, təhsilini davam etdirmək üçün Q.Vəzirov adına 6-№li orta məktəbə daxil olub ,1986-ci ildə isə həmin məktəbi bitirmişdir.
Ehtiyyatda olan mayor Nazim Həsənov Əsgər oğlu 1986 ci illdə SSRİ Müdafiə Nazirliyinin Kurqan şəhərindəki ( KBBPAU) yəni Kurqan Ali Hərbi Siyasi Aviasiya Ucilişinə qəbul olunub. Hərbi xidmətini Ural vilayətində № 21221 saylı hərbi hissədə başa vurub.
Həsənov Nazim Əsgər oğlu-1992 ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda Qazax və Babək rayonlarının sərhəd yanı kəndləri istqamətdə) gedən döyüşlərdə iştirak edib.
1993-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Hərbi və Fiziki Təlim ixtisasını bitirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 1997-ci ildə zabitlərin ixtisaslaşdırma kursunda və 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bölük komandirləri və qərargah rəisləri kursunda yüksək nailiyyətlər əldə etmişdir.
N.Həsənov 1995-2012 — ci illərdə Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Naxçıvan şəhərində, Zirehli texnikada motoatıcı tağım komandiri, Avtomobil və zirehli texnika bölüyünün komandiri, MAB komandiri, Qərargahda döyüş təlimi üzrə zabit, Qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifələrində xidmət edib. Müharibə veteranı Həsənov Nazim peşəkarlığı, humanistliyi və səmərəli fəaliyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünün 30(otuz) illik şərəfli xidməti yolunun üç ilini Sovet ordusunda xidmətdə , iyirmi ildən çoxunu isə Daxili Qoşunlarda ,7 ilini isə Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyətdə keçirib.
Ehtiyatda olan mayor Nazim Həsənov Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O, işgüzarlığı və mənəvi keyfiyyətiylə, təşkilatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə Daxili Qoşunlar Komndanlığının və hərbi hissə komandirlərinin daimi diqqət mərkəzində olmuşdur.
O, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andin, hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabecliyindəkilərə və hərbi hissənin bir sıra zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularna nümunə olmuşdur
O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əmrlərin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Nazim Həsənovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili Qoşunların Komandanlığı və xidmət etdiyi hərbi hissənin komandirləri tərəfindən yüksək qiymətləndirilib. O, Daxili İşlər nazirinin, Daxili Qoşunlar komandanının və hərbi hissə komandirinin eləcə də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirdiyinə görə təltif olunub. O cümlədən müvafiq əmrlərlə xidmətdə fərqləndiyinə görə müvafiq Medallarla, “Fəxri – Fərmanla “ və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Hal-hazırda ehtiyyatda olan mayor Nazim Həsənov Əsgər oğlu Naxçıvan MR Naxçıvan Dövlət Universitetinin Çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasında müəllim vəzifəsində çalışır.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev Cəlal oğlu










