Haydar Baş koronavirüsdan hayatını itirdi

İhlas Xəbər Agentliyinin verdiyi məlumata görə, Böyük Türkiyə Partiyası sədri prof. dr. Haydar Baş Trabzonda koronavirus diaqnozu ilə müalicə olunduğu xəstəxanada 73 yaşında vəfat etdi!


1947-ci ildə Trabzonun Akçaabat mahalında anadan olan Haydar Baş ibtidai, orta və litsey təhsilini Trabzonda tamamladı və 1970-ci ildə Kayseridəki Erciyes Universitetinin Ali İslam İnstitutunu bitirdi.
Bakı Dövlət Universitetində aspiranturanı və doktoranturanı “Vida xütbəsində insan hüquqları” mövzusu ilə bitirib və bu universitetdə işə başlamışdır.


Doktoranturadan sonra akademik təhsilini davam etdirdi və «İslam və Həzrəti Mövlana», «Təsəvvüf tarixi», «Din sosiologiyası» və «Din psixologiyası» mövzularındakı tezisləri nəticəsində eyni universitetdən «Professorluq» elmi adı aldı.


Doqquz il Bakı Dövlət Universitetində müəllim işləyən Cənab Baş, Şərq Dilləri və Ədəbiyyatı Tədqiqatları fakültəsinin Ərəb dili və ədəbiyyatı şöbəsində vəzifəsini davam etdirirdi.


Məkanı cənnət olsun! Allah rəhmət eləsin!

Nizami Həyatov

Bu xəbəri paylaşın: