Paşinyan sərsəmlədi: «Azərbaycan Ermənistana Rusiya ilə əlaqə üçün dəhliz verməkdən imtina edir»

«Azərbaycan Ermənistana Rusiya ilə əlaqə üçün dəhliz verməkdən imtina edir.»

Qalanews Armenpress-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

«Azərbaycan əsirləri, girovları və digər saxlanılan şəxsləri geri qaytarmaqdan imtina edir ki, bu da razılaşmaların pozulmasıdır. Üçtərəfli bəyanat nəqliyyat yollarının açılmasını da nəzərdə tutur. Lakin Bakı bu prosesə təkcə Ermənistanın suveren ərazisini işğal etmək təhlükəsi ilə deyil, həm də Ermənistan-Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolunun işə cəlb edilməsi üçün dəhliz verməkdən imtina etməklə də mane olur «, — deyə Paşinyan bildirib.

«Ermənistan eyni zamanda regional kommunikasiyaların kilidinin açılması, əvvəllər mövcud olan yolların bərpası istiqamətində ardıcıl işləyəcək.» deyə o əlavə edib.

Bu xəbəri paylaşın: