Mədətov Seyran Surxayoviç, necə Seyran Oqanyan oldu?

İlhami Cəfərsoy

1988-ci ildə «Azərbaycanın türkmənşəli etnohidronimləri» adlı namizədlik, 2010-cu ildə «Türk dilləridə teonim və etnonimlər» (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir. Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır.

İ.Y.Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiridir

Ermənilərin keçmiş müdafiə naziri, indi revanşistlərin liderlərindən biri Seyran Oqanyan amşendir. Atası Surxay adlı azərbaycanlı, anası Şuşada üzüyanıq Aida adı ilə məşhur olan erməni harsınıdır. Aida əslən Çanaxçıdandır.

Mayor Lisanoviç Xanbağında İbrahim xanı güllələyəndə onlar başqa mədətovlarla birlikdə xristianlığı qəbul etdilər və Şuşa şəhərinə köçdülər. Baltalara sap olub öz keçmiş dindaşlarına və soydaşlarına qənim kəsildilər.

Aida yetkinlik yaşına çatanda Surxay adlı oğlana ərə getdi. Ancaq ərli olsa da, başqa kişilərə erotik xidmət göstərirdi. Ona görə də Surxay sulfat turşusu ataraq onun üzünü yandırdı. Aidanın sifəti xosunvay olanda Şuşa həbsxanasının rəisi Aziryan Suren idi.

O Suren ki, raykom işçiləri yaltaqlanaraq ona Suren Gəncümoviç deyə müraciət edirdilər. Suren Gəncümoviçin göstərişi ilə Surxay həbsxanada öldürüldü.

1976-cı il idi. Rayon komsomol komitəsində məktəbli gənclər şöbəsinin müdiri idim. O zaman Seyran 7-ci sinifdə oxuyurdu. Aida Mədətova yanıma gəlib xahiş elədi ki, Seyranı Krıma Artek pioner düşərgəsinə göndərim.

Dedim ki, ödənişsiz yerlər fəhlə və kolxozçu uşaqları üçün ayrılıb, sənin oğlunu göndərə bilmərəm. Aida sinəsini açaraq qaşlarını oynatdı. Üzümün yanıq olmasına baxma, bədənim təravətlidir. Gecə uşaqlar yatandan sonra bizə gəl. Razılaşmadım.

Ayağa qalxıb gedəndə dedi ki, Bakıdan zəng edəcəklər, məcbur olub göndərəcəksən.

Seyran orta məktəbi bitirəndən sonra Mədətov soyadı ilə universitetin hüquq fakultəsinə girdi. 1990-cı ildə Oqanyan familiyası ilə 366-cı polkun rota komandiri oldu. Ana babası Valerian Mədətov kimi Azərbaycan xalqının qanını tökməyə başladı.

Bacısı orta məktəbi bitirəndən sonra oxumadı, anasının sənətini davam etdirməyə başladı. Mən son dəfə onu Qırmızı Bazar meşəsində üç şuşalı oğlanın arasında gördüm.

Ulu Öndər bir dəfə AzTV-nin ekranından dedi ki, bizim Bakı şəhərində 12 min erməni gəlinimiz var. Hər erməni gəlinimiz bir Oqanyan doğubsa, biz yaxın günlərdə soğanın da qiymətinin artdığını görəcəyik. Hər 3 aydan bir qazın, 5 aydan bir işığın pulunu yeni tariflərlə ödəyəcəyik. Bir gün gecə yatıb səhər yuxudan ayılanda görəcəyik ki, aldığımız nəfəsin, udduğumuz havanın pulunu ödətmək üçün burnumuzun ucuna sayğac qoydurublar.

İstər-istəməz düşünürsən, Əsgərandakı amşenlərlə Bakıdakı amşenlərin fərqi varmı? Elə bir fərqi yoxdur.

Cənub qonşularımızın sözləri ilə desək:

— Xər həmən xər əst, çuli digər əst.

Bu xəbəri paylaşın: