Təbrik: Salman Hüseynov — 65

Bu gün silahdaşlarımızdan daha birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yasamal rayon şöbəsinin sədri, II qrup müharibə əlili, istefada olan mayor Salman Hüseynovun yubileyidir. Fevral ayının 26-da onun 65 yaşı tamam olur.

Hüseynov Salman Umud oğlu 1960-cı ilin fevral ayının 26-da  Bakı şəhərində zəhmətkeş ailədə anadan olub. O, 1967-ci ildə 2 saylı orta məktəbə gedib, 1970-də Bakı şəhəri 6 saylı orta məktəbdə təhsilini davam etdirib. 1975-də Rabitə texnikumuna daxil olmuş, lakin bir il sonra yenə 6 saylı orta məktəbin 9-cu sinifinə daxil olub və 1978-ci ildə orta məktəbi bitirib. Salman Hüseynov 1978-ci ildə Leninqrad Ali Hərbi Tibb Akademiyasna daxil olmuş, 1985-ci ildə Sovet Ordusundan tərxis olunaraq Azərbaycana qayıdıb.

1990-1992-ci illər Qarabağın müdafiəsi üçün yaranan dəstələrdə əsgər və zabit kimi döyüşmüş, 1992-ci ildə Azərbaycan Silahlı qüvvələrin müxtəlif hərbi hissələrində, 1992-ci ilin oktyabırından isə “N” saylı Xüsusi Kəşfiyyat Məntəqəsində kəşfiyyatçı və rabitə rəisi vəzifəsində xidmət etmişdir. O, Füzuli rayonunda Divanallar, Qacar, Ağdamın və Əsgəranın Naxçevanik, Uzundərə, Murovda Güzgü yüksəkliyinin alınmasında xüsusi əməliyyatda iki dəfə, Goranboy-Gülüstan xüsusi əməliyyatları, Tərtər Maqavuz-Madagiz xüsusi əməliyyatı və sair xüsusi tapşırıqlarda fəal iştirak etmiş, 1990-1993-cü illərdə xidməti vəzifəmi yerinə yetirərkən iki dəfə yaralanmış və bir neçə dəfə xəsarət almışdır. 1995-ci ildə Türkiyə Silahlı Qüvvələrin Akademiyasına ezam edilmiş və Xüsusi Kəşfiyyat üzrə tədris və təlim keçmişdir. 1996-cı ildən yara və zədələr səbəbindən ikinci qrup əlil kimi ordudan tərxis olunmuşdur. 44 günlük Vətən Müharibəsi zamanı istefada olan mayor Salman Hüseynov hərbi qulluqçularmızın yanda olmuş, öz köməkliyini onlardan əsirgəməmişdir.

Hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədridir. Ailəlidir, üç övladı var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Hüseynov Salman Umud oğlunu doğum günü yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB-in Mətbuat ximdəti

Bu xəbəri paylaşın: