Lənkəranlı veteranlar tədbir keçiriblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin bir qrup üzvünə və müharibə veteranlarına qayğıyla yaşaşan şəxslərə Xatirə medalları və Fəxri fərmanlar verilib.


Bu barədə AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov məlumat verib.


Onun bildirdiyinə görə müharibə veteranı Bəxtiyar Vəliyev 70 illik yubileyi münasibətiylə Xatirə medalı və Fəxri fərmanla təltif olunub. Təbrik edir və müharibə veteranımıza uzun ömür və can sağlığı arzulayırıq.


İlham Qurbanov bildirdi ki, rayon şöbəsinin fəal üzvləri — Arzuman Rüstəmov, Saleh Dostiyev, Elşad Əhmədov, Elnur Axundov,Şahin Ağayev, Arzuman Rüstəmov və Vazeh Cabbarov da Xatirə medalları ilə təltif ediliblər.


Həmçinin rayon şöbəsinin sədri İ. Qurbanov bildirdi ki, şöbənin tədbirlərinin keçirilməsində daim yaxından iştirak edən və öz köməyini əsirgəməyən Lənkəran rayon «Veteranlar Evi»nin təlimatçısıMirəli Əlizadə Fəxri fərmanla təltif olundu.

Həmçinin ƏƏSMN Lənkəran Əlillərin Reablitasiya Mərkəzinin direktoru Vəfa Şəbiyeva və Mərkəzin həkimi Nairə Həşimova AVMVİB sədri Füzuli Rzaquliyev tərəfindən Fəxri fərmanla təltif olundular.

Türkay Xaqan

Bu xəbəri paylaşın: