AVMVİB Balakən rayon şöbəsində

2 saylı diyarşünaslıq klubunda hərbi xidmətə yollanacaq gənclərlə Qarabag veteranlarının «Mənim Vətənim dogma yurdum» adlı görüşü keçirilib.

İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra metodist Zəminə Abdullayeva çıxış edərək bildirdi ki, Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıqlar da, məhz Vətən naminə edilib. Əsil vətəndaş vətənpərvər olmalıdı, gənclərimizə vətən sevgisi aşılamalıdır. Azərbaycanın gələcəyi bu günkü gənclərə məxsusdu. Müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlamaq siz gənclərin üzərinə düşür. Azərbaycanın müstəqil yaşaması üçün çalışmaq hər bir vətəndaşın vətəndaşlıq borcudur. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidi. Mən siz gənclərə bu yolda uğurlar diləyirəm. Artıq siz də Vətən borcunu yerinə yetirməyə gedirsiniz.

Vətən müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev də keçdiyi döyüş yolundan gəclərə danışdı. O, bildirdi ki, vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa baglı olmaq-budu vətənpərvərlik.

Hərbi xidmətə yola düşəcək Malahov Mahama və Əhmədov Kamran da çıxış edərək gərəkirsə Vətəni canları, qanları ilə qorumağa hazır olduqlarını söylədilər.

*******

Digər məlumatda isə müharibə veteranı Vaqif Hümbətov bildirib ki, 44 günlük Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə daim diqqət və qayğısını əsirgəməyən Böyükağa Gülməmmədov AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev tərəfindən Fəxri fərmanla təltif edilib.

Təbrik edirik!

Elnur

Bu xəbəri paylaşın: