Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin hazırlıqlarını təsdiqləyir.
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Jurnalistlərin Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün olub-olmayacağı sualına Peskov “Bəli, belə bir işgüzar səfərin hazırlıqları gedir”, – deyə cavab verib.
Onun sözlərinə görə, səfər çərçivəsində hər hansı bir sənədin imzalanacağı gözlənilmir.
Səfərin iyulun 20-də baş tutacağı bildirilir.
Səfərlə bağlı Azərbaycan tərəfindən heç bir açıqlama verilməyib.
Bu xəbəri paylaşın:
