Sazişdən sonra erməni itkiləri: Erməni əsgəri eşşəyin atdığı ayaq zərbəsindən ölüb

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağ bəyanatından sonra Ermənistan ordusunun 42 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olması barədə Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin məlumatında deyilir.

Qeyd edilir ki, 42 ölüm faktı intihar, xəstəlik, avtomobil qəzaları, qətl və silahla rəftarla bağlı təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır.

Ölüm səbəbləri:

9 — avtomobil qəzası (2 -si bir biriylə toqquşub),
11 — sağlamlıq problemləri
5 — qəza (1 — uçqun, 1 — ildırım, 1 — avtomobil hissəsi ilə başına zərbə, 1 — ağac düşdü, 1 — eşşək şıllağından zərbə alaraq ölüb),
5 — intihar,
7 — atəşkəsin pozulması,
1 — silahdan istifadə qaydalarının pozulması

3- əsgər itkin düşüb. Deyilənlərə görə bu şəxslər ordudan fərarilik edərək başqa ölkəyə qaçıblar.

İtkin sayılanlardan biri – çağırışçı Norik Mkrtıçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni tərk edib və bu günə kimi tapılmayıb. İyulun 14-də Sünik əyalətində hərbi qulluqçular — A.Nakbandyan və A.Torozyanla əlaqə kəsilib. Hərbi qulluqçulardan bu günə kimi xəbər yoxdur.

Bu xəbəri paylaşın:
  • 16
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •