Erməni mediası Azərbaycana məxsus PUA-nın guya Vardenis istiqamətində vurulması ilə bağlı feyk-xəbər yaymağa başlayıb. Bizdə isə belə PUA yoxdur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq, bildirilib ki, bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır: “Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır”.
Erməni mətbuatının fotosunu yaydığı PUA-nın adı “MQ-9 Reaper Predator B” -dir. Amerika Ordusuna məxsusdur. Amerika bizə silah satırsa, bəs erməni lobbisinin milyonlarla pulunu yeyən Pallone hara baxır? Qardaşyan təcili məlumat əldə edib Nkola çatdırmalıdır.
Bu millət, həqiqətən xəstədir. Canı yanmış ATƏT-in Minsk Qrupunun «3 bacı dolmasını» xatırladan ermənipərəst həmsədrləri onlar üçün «dəli doxduru» proqramı işləyib həyata keçirməlidir. Sonra gec olar…
Elnur Səlim

