“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Bəyanat verib

Bakı şəhəri, 30 iyul 2021-ci il

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Bəyanat verib.

Bu barədə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli məlumat verib.

Bəyanatda deyilir:

Son illər Türkiyə Cümhuriyyətinin regional və qlobal miqyasda yürütdüyü aktiv siyasət, sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə əldə etdiyi nailiyyətlər bu inkişafı istəməyənləri ciddi narahat etməkdədir.

Məhz buna görə də Türkiyənin daxilində və xaricində gördükləri işlərlə daim bu inkişafın qarşısını almaq üçün müxtəlif xain planlar hazırlanır, terror-təxribat fəaliyyətləri həyata keçirilir. Terror təşkilatlarının, xain terrorçuların törətdikləri ilə Türkiyənin qarşısını ala bilməyənlər bu dəfə daha böyük miqyasda bir planı icra etməkdədirlər. Belə ki, Türkiyənin Manavgat, Marmaris, Didim, Adana, Mersin, Kocaeli, Karaman, Alanya, Kütahya, Kayseri, Ankara, Osmaniye, Polatlı, Manisa, Soma kimi yerlərində törədilən meşə yanğınları ilə terrorçular, onlara dəstək verənlər öz niyyətlərinə çatmaq fikrindədirlər.

Biz – “Bir millət, iki dövlət” prinsipi ilə fəaliyyət göstərən Azərbaycanın bir qrup QHT-lərinin birləşdiyi “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Türkiyəyə qarşı yönəlmiş təbiət terrorunu, xain əməli, bütün canlı varlıqlara qənim kəsilənlərin alçaq əməlini pisləyirik.

Türkiyə demək Azərbaycan deməkdir, Azərbaycan demək Türkiyə deməkdir və biz qardaş ölkəmizi qorumaq, ona dəstək olmaq üçün əlimizdən gələnləri etməyə hazırıq. Heç kim Türkiyəni inkişafdan, haqq davasından saxlaya bilməz: Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!

Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb.

Xatırladaq ki, Koalisiya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi təsisçiyi ilə yayadılıb.

Bu xəbəri paylaşın:
  • 103
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •