Yazılarda yatan tariximiz…

İLHAMİ CƏFƏRSOY

BOLNİSİ YAZILARI

Hər iki tarixi mətn V əsrə aiddir. Fərq ondadır ki, Mingəçevir mətni Alban, Bolnisi mətni qatışıq Türk və Alban əlifbaları ilə yazılmışdır.

Dərsliklərə pərçim edilən iddialara görə türklər Ön Asiyaya Xl əsrdə gəliblər. Bu yazı həmin iddiaları təkzib edir.

Biz bu nadir nüsxələri, xüsusilə qədim epitafiya mətnlətini tədqiqatın obyektinə çevirə bilsək, etnik tariximizin bir çox qaranlıq məqamlarına aydlnlıq gətirə bilərik. Ancaq daxildən olan müqavimət xarici təzyiqlərdən daha çoxdur. Bir dissertantıma yevrey əlifbası ilə yazılmış qəbir daşlarının türk leksikasını araşdırnağı tapşırmışdım.

Adları yekə, ağılları dayaz akademiklər mövzunun təsdiqinə imkan vermədilər. İstər-istəməz düşünürsən:

Dörd yanımız boz ləpələr,
Mən limana bağlı gəmi.
Tanrı, nədən yaratmısan,
Sən bu qədər ağlı kəmi?

**********************

Məzar daşı üzərindəki yazılar

Şamaxı ilə Dərbənd arasında, Naxçıvanla Batumi arasında yalnız alban və iver əlifbaları ilə yox, yevrey əlifbası ilə yazılmış yüzlərlə qəbir daşları var idi.

Onların çoxu məhv edilmişdir. Yaxşı ki, hələ XIX əsrin əvvəllərində Karaim və Krımçaq əsilli qafqazşünaslar onların bir qisminin surətini çıxarmışlar.

Xristian məzar daşının birində yazılıb: Bən Mariya Saltux dze, önkü atım Xatun.

Bu yazıdan məlum olur ki, Mariyanın xristianlıqdan qabaqkı adı Xatun imiş. 170 il bundan əvvələ qədər Şamaxı yaxınlığında Anaşe adlı kənd var idi. Kəndin əhalisi Musanın Torasına tapınan azərbaycanlılar idi. Anaşe ilahə Ana övladları deməkdir.

Onlar Quba ilə Dərbənd arasına köçdülər. Ümumi adla cuhud adlandırılan o xalqın bir hissəsi yəhudi mənşəli deyildir, türk mənşəlidir.

Onların əcdadları olan Ana, Dana, Kuzan, Kür nəsilləri firon zülmündən qurtulmaq üçün Musa peyğəmbərə qoşulub Misirdən Fələstinə, oradan Qafqaza qaçdılar. Bir hissəsi məhv oldu, bir hissəsi Xəzər türk xaqanlığını yaratdı. Bizim bu barədə bilgilərimiz azdır.

Çoxlarımız bilmirik ki, Kiyevin və Sarkel knyazlarının ilk sərəncamları türk və yevrey əlifbaları ilə yazılırdı. Bizim elm və təhsil sistemimiz milli bünövrə üzərində qurulmasa, bunlardan xəbərsiz qalacağıq.

Bu xəbəri paylaşın: