Doğumuyla ölümü əkizləşən müharibə veteranı…

MÜHARİBƏ VETERANI POLKOVNİK-LEYTENANT AĞAYEV RAFAİL BALABƏY OĞLUNUN  01 AVQUST ANADAN OLMASININ 71-Cİ  İLİ, 3 AVQUST İSƏ VƏFAT ETMƏSİNIN 9- CU İLDÖNÜMÜ EHTRAMLA YAD EDİLİR.

Ömrünü gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə Vətən təəssübü çəkən öğlanlardanda biridə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında şərəfli döyüş və xidmət yolu keçən  polkovnik-leytenant  Rafail Ağayevdir.

01 avqust 2021-ci ildə onun doğum günüdür. 03 avqust  2021-ci  ildə  isə vəfatının ildönümüdür. Hazırda haqq dunyasında  olan  Pafail Ağayevin qız övladı Telli xanım da  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət edir onun şərəfli  hərbi peşəsini ləyaqətlə davam etdirir. Məhrum həmkarımızın doğum günü və vəfatının ildönümü ilə əlaqədar AVMVİB rəhbərliyi, Fədai.az  kolektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, onunla xidmət edən hərbi qulluqçularımız  və  ehtiyyatda  olan  hərbi vəzifəlilərmiz, onun doğmalarına və yaxınlarına başsağlığı  verir, axirətinin cənnət məkan olmasını Ulu  Allahdan  diləyir.

Ağayev Rafail Balabəy oğlu 01avqust 1950-ci ildə Bakı şəhərində anadan olub. O,1968- ci ildə orta məktəbi, 1997- ci ildə isə Bakı Dövlət Üniveristetini bitrib.

      O, 1968 — 1970 — ci  illərdə SSRİ Müdafiə Nazirliyinin Ukrayna respublikasında yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub. R. Agayev 1974 — 1977 -ci ilərdə Bakı şəhər 117 saylı tam orta məktəbdə müəllim işləmişdir.

Agayev Rafail Balabəy oğlu 1977 -1991-ci ilərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisəsində dəstə rəisi və islah əmək müəssisə rəisinin müavini vəzifələrində  işləyib. O,1992- 1999-ci illərdə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  Qaradağ rayonunda (Sahil qəsəbəsində) yerləşən hərbi hissədə (hərbi hospitalda), hərbi hissə komandirinin  (hərbı hospital  rəsinin) tərbiyəvi işlər müavini vəzifəsində xidmət edib.

Rafail Ağayevn həyat yoldaşı Agayeva Gülmura İsa qızi 1994 – 2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının bas idarəsinin hərbi hospitalında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

Daxili İşlər Nazirliyinin İslah Əmək Müəssisələrində və Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına,Hərbi andına əməl etməkdə, şəxsən o, tabeliyində olanlar ücün nümunə olmuşdur.

O, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Baş İdarəsinin Qaradağ rayonunda yerləşən  hərbi hissədə (hərbi hospitalda) hərbi hissə komandirinin tərbiyə  işləri üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində üzərinə düsən vəzifə və tapşırıqları şərəflə, ləyaqətlə  yerinə yetirib, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda (Ağdam və Fuzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

    Daxili Qosunların Bas İdarəsinin  Qaradağ rayonunda yerləşən hərbi hissə komandirinin  (hərbi hospital rəisinin) tərbiyəvi işlər üzrə müavini vəzifəsindən ehtiyyata buraxlan, hazırda haqq dünyasında olan Rafai Agayevin əziz ruhu onu tanıyanlar tərəfdən daim hörmətlə xatırlanır və yad edilir. Belə, vicdanlı oğulları ilə tanınır, Vətən!

ALLAH RƏHMƏT  ELƏSİN!

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!

Dərin hörmətlə,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: