İtaliyada və Yunanıstanda meşə yanğınları başlayıb

İtaliyanın cənub bölgələrində, xüsusilə Siciliya adasında meşə yanğınları güclənib.

Bu barədə İtaliyanın Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda Siciliyada 250, Puglia və Kalabriyada 130, Latsioda 90, Kampaniya bölgəsində isə 70-dən çox yanğın ocağının olduğu qeyd olunub. Yanğınların güclü küləyin təsiri ilə daha da geniş vüsət aldığı bildirilib.

Yunanıstanda da baş verən meşə yanğınları nəticəsində 5 nəfər yaralanıb, 10 ev isə yanaraq külə dönüb.

Verilən məlumata əsasən, yanğını söndürmək üçün təxminən 145 yanğınsöndürən, 50 yük maşını, 8 amfibiya təyyarəsi və helikopter səfərbər edilib.

Bölgənin 4 kəndində, habelə sahildəki Loqqos turizm kurortunda evakuasiya işlərinə başlanılıb.

Bu xəbəri paylaşın: