TƏBRİK: TİBB XİDMƏTİ POLKOVNİK-LEYTENANTI FAİQ LAZIMOV — 65

AVMVİB  rəhbərliyi, Fədai. az kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev tibbi xidməti polkovnik-leytenantı Faiq Lazımovu  doğum günü munasbətilə səmimi qəlbdən  təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin. AMİN!

      Ehtiyatda  olan  tibb  xidməti  polkovniki -leytenantı  Faiq  Lazımov  01 avqust 1956- cı ildə Şamaxı rayonun  Nərmankənd  kəndində  anadan olub. O, 1973- cü ildə orta məktəbi təhsilini  başa  vurduqdan sonra  kolxoz  təsərrüfatında  işləyib.

      O,1975- ci ildə Azərbaycan Tibb İnstituna qəbul olur. 1985-ci  ildə  ali  təhsilini  başa  vuraraq  «Xalqlar  dostluğu»  adına  Rostov-Don  Dövlət  İnsititunda  ali  sınaq  müddəti  keçir.

1986-cı ildə isə  Taqonroq  şəhərində  təcili  tibbi yardım  xəstəxanasında  cərrah  həkim  vəzifəsində  işləyir. Qəlbi  Vətən  həsrəti  ilə  döyünən  həkim  1987-ci  ildə doğma  yurda  qayıdaraq, Ələt  dəmiryol  xəstəxanasında  cərrahiyyə  şöbəsinin rəisi vəzifəsində  çalışır.

      Faiq  Lazımov  torpaqlarımızın  erməni  təcavüzünə  məruz  qaldığı  vaxtlarda, bu ağrılara  kənarından  baxmamış, hərbi  həkim  kimi Vətən  qarşısında  xidməti borcundan  çıxmaq  arzusunu  həyata  keçirtmək  üçün  1993-cü  ilin  mart  ayında  Ələt  dəmiryol  xəstəxanasından  könüllü  olaraq  işdən  azad  olunaraq  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunların  Baş  İdarəsinin  Qaradağ   rayonunda  yeni  yaradılan  hərbi  hospitalında  3 (üçüncü) cərrahiyyə  şöbəsinin  ilk  rəisi  vəzifəsinə  təyin  edilir.

02  sentyabr  1995-ci  ildən  2001-ci  ilədək  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlarının  Baş  İdarəsinin  hərbi  hospitalı  rəisinin  (hərbi   hissə  komandirinin) müalicə  işlər  üzrə  müavini   vəzifəsində, 2002-ci  ildə  isə  Ədliyə  Nazirliyinin  Tibb  Xidmətində  xidmət  edib.

      O, məsuliyyətli  illər  ərzində  Daxili  Qoşunların  cəbhə  (döyüş) bölgəsində  təmsil  edən  şəxsi  heyətin  sağlamlığı  ilə  əlaqədar  səhra  lazaretində olmuş, yaralılara  ilkin  tibbi  yardım  və  amputasiya  işlərini  bilavasitə  yerinə  yetirmişdir. Burada  çalışan  həkim  kollektivinə  dəyərli  tövsiyələr  verərək, yüksək  peşəkarlıq  təcrübəsini  əsirgəməmişdir.

      Faiq  həkim  ön  mövqeydə   olarkən  ən  mürəkkəb  ilkin  cərrahiyyə  əməlyyatı  onun  rəhbərliyi  ilə  uğurla  nəticələnmiş, heç  vaxt  ölüm  halına  yol  verməmişdir. O,  müharibənin  özünə  məxsus  qanunlarını  dərindən  dərk  edərək, cətin  anlarda  özünü  itirməmiş, fəaliyyətini  bu  dövrün  tələblərinə  uyğun  təşkil  etmişdir. Hospitalda  fəaliyyəti  dövründə  ölmüş  hesab  edilən  dörd  nəfərdən  çox  yaralının   koma  vəziyyətindən   çıxarması, sağalıb  sıralarımıza  qaytarılması   kimi  mürəkkəb  əməliyyatı  bilavasitə  onun  rəhbərliyi  ilə  həyata   keçirib.

      Ehtiyatda  olan  tibbi  xidməti  polkovnik-leytenantı  Faiq  Lazımovun  əvəzsiz  xidmətləri  nəzərə  alınaraq  Daxili  İşlər Nazirliyinin  Tibb  İdarəsi   tərəfindən  ona  ali  dərəcəli  həkim  adı  verilib.

      O, cərrahiyyə  sahəsində  ondan  artıq  elmi  referatın  və  20-dən  çox  məqalələrin  müəllifidir.

      Müharibə  vetiranı  F. Lazımov  Vətənə, Dövlətə, xalqa  sədaqətlə   xidmət  etmişdir. O, Daxili  Qoşunların  hərbi  hospitalında  xidmət  edərkən  öz  səmərəli  fəaliyyəti  ilə, nəzəri  və  praktiki  biliyi  ilə,mənəvi  və  işgüzar  keyfiyyətilə  Daxili  İşlər  nazirliyinin  rəhbərliyinin  Daxili  Qoşunların  Komandanlığının  və  Daxili  İşlər  nazirliyinin  tibb  idarəsini  daimi  diqqət  mərkəzində  olmuşdur.

      Faiq  Lazımov  Daxili  İşlər  nazirliyinin   Daxili  Qoşunlarının  Baş  İdarəsinin  hərbi  hospitalında   hərbi   hissə  komandirinin  müalicə  işlər  üzrə  müavini  vəzifəsində  xidmət  etdiyi  müddətdə  şəxsən  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına,hərbi  andın,hərbi  nizamnamələrin  tələblərinə  və  vəzifə  borcuna  əməl  etməkdə, verilən  tapşırıq  və  sərəncamları  dəqiq  və  vaxtında  yerinə  yetirməkdə  bir  çox  hərbi  qulluqçular  və  hospitalının  mülki  işçilər  üçün  nümunə  olmuşdur.

      Ehtiyatda  olan  tibb  xidməti  polkovnik-leytenantı  Faiq  Lazımov  peşəkarlığı  və  humanistliyi  ilə  seçilən  ən  məhsuldar  dövrünün  45 (qırx  beş)  ildən  çox  şərəfli  xidmət  yolunu  tibb  xidməti  sahəsində  davam  edir.

      O, Daxili  Qoşunlarda  xidmət  etdiyi  müddətdə  xidmətdə  fərqləndiyinə  görə  Daxili  İşlər  nazirinin, Daxili  Qoşunlar  Komandanın  və  xidmət  etdiyi  hərbi  hissə  komandirinin  müvafiq  əmrləri  ilə  bir  necə  medalarla, döş  nişanları  ilə, qiymətli  hədiyələrlə mükafatlandırılıb.  

BÜTÜN  GÖZƏL  NƏ  VARSA  SƏNİN  OLSUN  FAİQ  HƏKİM!

100  (YÜZ)  YAŞA, SAGLAM  YAŞA.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: