Sosial şəbəkələrdə görüntüsü yayılan Azərbaycana məxsus amfibiya təyyarəsi bir hərəkətdə 12 ton su götürmə bacarığına görə böyük marağa səbəb olub.
Avtosfer.az bildirir ki, Azərbaycan amfibiya-təyyarəsini Rusiyadan 2008-ci ildə alıb. FHN-in arsenalında olan yanğın əlehinə «B-240ÇS» amfibiya təyyarəsi hərəkətdə ola-ola su ehtiyatı yığa bilmə xüsusiyyətinə malikdir. Təyyarə uçuşda olan zaman sadəcə dənizə eniş edir və 1 dəqiqə ərzində lazım olan su ehtiyyatını toplayır.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycan Rusiyadan bu təyyarəni alan ilk xarici ölkə olub.
Bu xəbəri paylaşın:
