AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Şəhid ailələrinə «Qayğı» cəmiyyətinin sədri Müşfiq Əliyevin 57 yaşı tamam oldu.
Müşfiq Əliyev Qarabağ uğrunda gedən bir çox döyüşlərdə Xəzər batalyonunun komandiri kimi iştirak edib. AVMVİB-nin ictimai fəaliyyətində fəal iştirak etdiyi üçün AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Müharibə veteranı M. Əliyev Fedai.az saytında daim taleyüklü məqalələrlə çıxış edir və öz dəstəyini əsirgəmir. Həmçinin, şəhidlərimizin unudulmaması üçün silsilə tədbirlər keçirir və şəhid ailələrinin problemlərinin həllinə öz dəstəyini əsirgəmir.
Ad günü münasibətiylə Müşfiq bəyi təbrik edir, uzun ömür can sağlığı və azad ediləcək yurd yerlərində belə xoş günləri qeyd etməyi arzu edirik!
100 yaşa, Müşfiq bəy!
Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi






