AVMVİB rəhbərliyi, Fədai.az kolektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin üzvü ehtiyyatda olan polkovnik-leytenant İlham Umudovu doğum günü münasbətiylə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin. AMİN!
Müharibə və Silahll quvvələr vetiranı ehtiyatda olan polkovnik-leytenant Umudov İlham Umud oğlu 2 avqust 1963-cü ildə Göyçay rayonunda anadan olub, 1978-ci ildə Göyçay rayon 6 nömrəli tam orta məktəbi, 1980ci ildə Göyçay peşə məktəbini,1983-ci ildə Kuybişev şəhərində sənaye pedoqoji texnkumu, 1989-cu ildə SSRİ Daxili Nazirliyinin Sverdlovsk şəhərində yerləşən siravi polis nəfəri ( kiçik rəisi heyəti) hazilayan polis məktəbini, 2008- ci ildə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib
O, xarici ölkələrin Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hisələrində təşkil etdiyi kurslarda, seminarlarda, konfranslarda iştirak edərək, müvafiq sertifikatlara layiq görülmüşdür
İlham Umudov 1989 -1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Baqdanovic şəhərində yerləşən Polis şöbəsində post-patrul nəfəri vəzifəsində işləmiş, 1992- 1993 -cü illərdə Daxili İşlər Nazirliyinin Ağdərə rayonun polis şöbəsində müxtəlif vəzifələrdə, 1994 -2015 -ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi, Xətai, Montin, Quba rayonlarında yerləşən hərbi hissələrdə (birqadada) Xüsusi Təyinatlı Dəstədə qrup komandiri və Dəstə komandiri, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı şöbəsində isə Xüsusi təyinatlı bölmələrin hazırlıgı üzrə baş zabit vəzifəsində xidmət edib
«Azərbaycan Bayrağı» ordenli, ehtiyyatda olan polkovnik-leytenant İlham Umudov peşəkarlığı və humanistliyi ilə ömrünün ən məhsuldar dövrünün 29 ( iyrimi doqquz) ildən cox şərəfli xidməti yolunu Daxili işlər orqanlarında və hərbi xidmətə kecirib.
O, 1992-1994 -cü illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və 12 oktyabr 1992 -ci ildə Çıldıran və Dranbon uğrunda gedən döyüşlərdə yaralanıb.
İlham Umudov Daxili İşlər orqanlarında və Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox hərbi qulluqçular ücün nümnə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində yerinə yetirilməsində, Cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcə də onun xidmət etdiyi Agdərə Polis şöbəsinin döyüş bölgələrində olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.
Müharibə və Silahll Quvvələr veteranı ehtiyatda olan polkovnik-leytenant İlham Umudov Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş İdarəsinində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Polkovnik -leytenant İlham Umudovun səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Daxili Qoşunların Komandanlığı və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidentinin, Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın müvafiq sərəncamları və əmrləri ilə aşağıdakı orden və medalları ilə təltif edilib:
1) 24 dekabr 1998 ci il — «Azərbaycan Bayrağı» ordeni
2) 08 mart 2014-cü ildə «Hərbı xidmətlərinə görə»medalı
3) 14 may 2005 və 26 iyul 2010-cu illərdə «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3 cü dərəcəli medaları
4) 14 yanvar 2005 -ci ildə,14 avqust 2008- ci ildə və 05 noyabr 2014 -ci ildə «Silahlı Qüvvələrin yaranmasının 10 iliyi (1991 -2001), 90 illiyi (1918-2008 ), 95 illiyi (1918-2013) yubiley» medalları
5) 09 mart 201-ci ildə «Xidmətlərə görə» medalı
6) 01 sentyabr 2014 -cü ildə «Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı» medalı
Ehtyatda olan polkovnik -leytenent İlham Umudov Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illərdə xiidmətdə fəriqləndiyinə görə, Daxili İşlər nazirinin , Daxili Qosunlar Komandanının vəxidmət etdiyi hərbi hissənin komandirinin müvafiq əmrləri ilə O, döş nişanları ilə («Daxili İşlər Nazirliyində və Daxili Qoşunlarda «əla xidmətlərinə görə», Daxili Qosunlarin yaranmasının isə «15 və 20 iliyi döş nisanları» ilə ) fəxri- fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mukaflandirılıb.
Müharibə və Silahlı Qüvvələr veteranı, ehtiyyatda olan polkovnik — leytenant İlham Umudov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin üzvüdür.
O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi Xatirə medaları ilə («Müharibə Veteranı» medalı ilə, «AVMVİB-nin 25 illik yubileyi» medalı ilə, «Milli Ordu 100 il» medalı ilə ) və döş nişanı ilə, 22 iyul 2007-ci il tarixdə isə KKVTİC Respublika Şurasının yubiley medalı ilə təltif olunub.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN İLHAM BƏY!
100 YAŞA, SAĞLAM YAŞA!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini, polkovnik Salman Musayev







