Mən hər mayın 9-u ərəfəsi düşünürəm ki, bu necə oldu ki, 1945-ci ildən sonra Stalin niyə qələbə bayramını ləğv etmişdi? İndi bunu təxmin edirəm. 1941-ci ilin dəhşətli yayını, qırmızı bayraqlı və əfsanəvi adamların qaçaraq almanlara təslim olduğu və almanların yayda Volqaya çatdığı 1942-ci ili yaxşı xatırlayırdı.
Bu qırmızı baş, bığlı qancıq Stalin, yaxşı bilirdi ki, döyüş bölgələri alman pulemyotçuların nevroz üçün müalicə olunduğu cəsədlərlə dolu sanatoriyalara çevirmişdi. Çünki hətta əsgər belə ağlını itirməyə bilməzdi, minlərlə insan dalğa-dalğa üzərinə gəlir, müharibə olduğu üçün onları öldürməlisiniz. Böyük rus komandanları belə döyüşürdülər.
Əsil cəbhəçi əsgərlərin bunu bu şişkin qancığa-Stalinə bağışlamayacaqlarını və bir gün qalxacaqlarını bilirdi. Müharibədən sonra döyüşənlər gördüklərini heç vaxt danışmadılar. Çünki xatırlamaq belə qorxunc idi. Və onlar heç bir şeydən qorxmadılar. Sonra hamısı qırıldı, əlləri, ayaqları olmayan və silahsız, yazılı lövhələrlə küçəyə çıxanları küçələrdən yığdılar, Valaamdakı bir düşərgəyə — «sanatoriya»ya sürgün etdilər.
Sonra, bir alayın və ya cəbhənin mətbəxində yemək yeyən Brejnev, 9 Mayda bu günü «gözündə göz yaşları ilə bayram» («праздник со слезами на глазах»-etdi. Ölkənin ən böyük faciəsindən birini təbliğatla «bayrama» çevirdilər. Nəcə də əsəbi, yüksək səviyyəli, həm də əyləncəli…
1941-1942-ci illərdə ölən və cəsədləri yerdə qalmış gənc uşaqlar, artıq heç kimə lazım olmayan insanlar kimi meyidləri belə basdırılmamışdı. Beləliklə, indi təbliğatçılar onların sümüklərindən özlərinə qeşeft düzəldirdilər …

Kimsə mənə «babamın qəbrini tapmaq istəyirəm» yazıb. Qəbirlər — zad yox idi. 1941-42-ci ilin yayında milyonlarla insan təslim oldu. Avadanlıq və texnikanı atıb almanların yanına getdilər. Başqa hara getmək olardı ki? Onlar dayandıqları səngərlərdə aclıqdan ölürdülər. Almanların özlərinin yeməyə bir şeyləri yox idi və sursat da zəif idi. Buna görə də, onları sadəcə yarğanlardan atdılar, iki və ya üç nəfər silahlını arabaların yanına gözətçi qoydular. Almanların özləri rusların belə bir kütləvi şəkildə təslim olmağını gözləmədiklərindən, buna hazır deyildilər.
Təlim görmüş döyüşçülərin bütövlükdə döyüş sursatları var idi, amma onların döyüşməyə imkanları belə olmadı. Şuxur qazmaq əmri verildi — yarım kürəklik çala qazdılar, almanlar gəldilər və döyüşdə bu səngərlərdən istifadə etdilər. Onlar üçün öldürülmək bir şans idi və qalanlar da aclıqdan ölürdülər.
Sonra Myasniy Borda ölənləri çəkən fotoqraf Gundlaxın çəkdiklərində dəhşətli görüntülər var — iki-üç metr hündürlükdə olan qabığı yeyilmiş ağaclar. Almanlar daha sonra özləri aclıq çəkməsinlər deyə qalan yeməkləri bölüşməmək üçün döyüşçülərimizi güllələyirdilər. Yerli Orlovlu axtarışçılar 50-ci illərin sonlarında meşədəki torflu ərazidə dar ölçülü dəmir yolunda bir platforma tapdılar — 1942-ci ildə bir irəliləyiş olarkən xəstəxananı çıxartmaq istədik, ancaq mümkün olmadı və yaralılar əl qumbaraları ilə partladıldılar.
1941-42-ci illər müharibəsi «Vətən uğrunda» qışqıran döyüşlərlə deyil, faşistlərin əsirliyində aclıq və ölüm daha dəhşətliydi. Milyonlarla təslim olmuş insan haraya getdi? Onların özlərinin yeməyə bir şeyləri yox idi, buna görə yerli sakinləri qarət edirdilər — «toyuq, yumurta, süd».
Müharibə dəhşətli bir şeydir. Xahiş edirəm ki, onu bayram etməyi dayandırın. Bunu sevdiyiniz Stalin də başa düşmüşdü …
Alman pulemyotlarına, tankların altına atılan adamları düşünün. 9 May — bu bayram deyil, hətta ağacların ağladığı bir faciədir. O gün əylənməyi dayandırın. Sadəcə sakit otur, almanların öldürdüyü 18 yaşlı oğlanları xatırla. Bu qələbə deyil, bu bir fəlakətdir. Almanlar tərəfindən öldürülən bu yeniyetmələri xatırlayın. Ölkədə bütöv bir nəslin məhv edildiyini başa düşün. Yaxşı, hansı gününüzə rəqs edirsiniz?..
Rüstəm Adaqamov
Rus dilindən (Poştivka) tərcümə Fedai.az-a mıxsusdur…