Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

“Azərbaycanın fövqəladə hallar naziri cənab Kamaləddin Heydərov mənə zəng etdi və Prezident cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyətin göndəriləcəyini bildirdi”.

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Antaliyadakı yanğınlarla əlaqədar dünən keçirilən mətbuat konfransında bu məlumatı verib.

Nazir deyib ki, Türkiyədə yanğınların söndürülməsinə dəstək məqsədilə Azərbaycandan sabah bir təyyarə, 10 heyət üzvü, 150 heyət nəfərilə 40 yanğınsöndürən avtomobili ölkəyə gələcək.

Qeyd edək ki, M.Çavuşoğlu bundan əlavə helikopterlərdə yanğınların söndürülməsi üçün istifadə edilən 2 ədəd su tankerinin Azərbaycandan göndərildiyini bildirib.

Bu xəbəri paylaşın: