Ermənistan parlamentinin yeni spikeri Alen Simonyan seçildi

“Vətəndaş müqaviləsi” partiyasının üzvü Alen Simonyan səs çoxluğu ilə spiker seçilib.

Yeni spikerlə bağlı KİV-lər maraqlı məlumatlar yayınlayıb. Hələ 2017-c ildə Alen Simonyan sıravi partiya üzvü kimi 8 tələb irəli sürüb.

Həmin tələblər sırasında marixuananın leqallaşdırılması, fahişəliyin leqallaşdırılması, pornoqrafik materialların istehsalı və yayılması, eynicinsli nikahların rəsmiləşməsi, Ermənistanla ABŞ və Avropa ölkələri arasında viza rejiminin ləğv olunması, yol polisinin ləğvi, Ermənistan, Gürcüstan və Azərbaycan arasında vahid beynəlxalq strukturun yaradılması və orduya məcburi çağırışın ləğvi yer alıb.

Bu xəbəri paylaşın: