İranın “Jooiakar.com” saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilib.
Elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.
“Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var. İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür”, — elanın mətnində deyilir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi
saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb. Səfirliyin nümayəndəsi Seyid Əli Musəvi bildirib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.
Saytın rəsmisi reklamı tezliklə “Jooiakar” saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib.
Mənbə: Qazet.az
P.S. Xatırlayırsınızsa, Rusiyanın İrandakı erməni səfiri Levan Caqaryan olması, Yeni İsfahanda və Tehrandayerli ermənilərlə, hətta farslarla Qarabağa köç təşkil etmək üçün görüşlər keçirdiyini yazmışdıq.
Bu elan mətni dediklərimizin əyani sübutudur. İranin anti İslam və anti məzhəb bir xislətinin nümunəsidir.
(Bax: https://fedai.az/?p=33884&fbclid=IwAR35O0yenj06afIl39R4rCrrJA0NjztEu0bNmFDc3A_KdQFJgPs2k67GYr8)
Levan Caqaryan 2011-ci ilin oktyabrından Rusiyanın İrandakı fövqəladə və səlahiyyətli səfiridir. 1957-ci ildə Tiflisdə doğulmuş diplomat MQİMO məzunudur. Bir sıra diplomatik misssiyalarda işləyib. Fars, ingilis və fransız dillərini bilir. Erməni faşizmi, həqiqətən də fars şovinizmi ilə qardaş olduğunu dəfələrlə sübut edib. Allah hər ikisinə lənət eləsin!
