Əvvəzsiz səsə malik xanəndə, əməkdar artist Firuz Səxavət -Məmmədovun bu ğün doğüm ğünüdür.
Firuz Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali musiqi təhsili almışdır. Hazırda (2005-ci ildən) Azərbaycan Milli Konservatoriyasında xanəndəlik üzrə dərs deyir. 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən «Qarabağ xanəndələri» adlanan, özündə 24 xanəndənin yaradıcılığını əhatə edən fono və foto materialları cəmləşdirən nəşrdə Firuz Səxavətin də ifası daxil edilmişdir.

Xanəndə Firuz Səxavəti doğum günü münasibətiylə təbrik edir, ona uzun ömür, Agdamlı ğünlər, sevinclərlə dolu ğünlər və xöşbəxtliyi dəyişməz ailə səadəti arzu edirəm.
Qoy Ulu Tanrı həmişə yar olsun.
Bütün gözəlliklər sənin olsun, Firuz bəy!
Təbrik edirəm!
Əli Nəsib Zərdabi





